Vakansiya haqqında

Fəaliyyət sahəsi: Avtomobil idxalı və satışı

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam ştat, ofisdaxili
  • İş saatları: 10:00–19:00

Çin və Dubay (BƏƏ) bazarlarından sifariş əsasında avtomobillərin idxalı və satışı ilə məşğul olan şirkətimizə rəhbər vəzifələr üzrə peşəkar idarəçilər axtarılır.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin ümumi fəaliyyətinin və biznes proseslərinin idarə olunması;
  • Satış, logistika, maliyyə və inzibati bölmələrin işinin koordinasiyası;
  • Şirkətin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Satış hədəflərinin müəyyən edilməsi və nəticələrə nəzarət;
  • Çin və Dubay istiqamətləri üzrə idxal, təchizat və logistika proseslərinin idarə edilməsi;
  • Əməkdaşların fəaliyyətinə, iş bölgüsünə və icra intizamına nəzarət;
  • Müştərilər, xarici təchizatçılar və biznes tərəfdaşları ilə münasibətlərin idarə olunması;
  • Xərclərin optimallaşdırılması və şirkətin gəlirliliyinin artırılması;
  • Mübahisəli və operativ həll tələb edən məsələlərin idarə edilməsi;
  • Rəhbərliyə mütəmadi fəaliyyət və nəticə hesabatlarının təqdim olunması.

Namizədlərə tələblər

  • Ali təhsil;
  • Rəhbər və idarəetmə vəzifələrində minimum 3 il iş təcrübəsi;
  • Komanda idarəetməsi və biznes proseslərinin təşkili üzrə praktiki biliklər;
  • Güclü liderlik, təşkilatçılıq və analitik düşünmə bacarığı;
  • Maliyyə, satış və əməliyyat göstəricilərini təhlil etmək bacarığı;
  • Müstəqil qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Yüksək məsuliyyət, iş intizamı və peşəkar ünsiyyət bacarığı.
  • Avtomobil idxalı, beynəlxalq ticarət, logistika və avtomobil satışı sahəsində rəhbər vəzifə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi;
  • Vəzifəyə və peşəkar təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
  • Nəticələrə əsaslanan motivasiya sistemi;
  • Peşəkar iş mühiti;
  • Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanları.

Müraciət üçün - WhatsApp: +994 10 310 05 06

Namizədlərdən CV-lərini göndərərkən müraciət etdikləri vəzifəni (Şirkət direktoru / İcraçı direktor / Direktor müavini) qeyd etmələri xahiş olunur.

Qeyd: Namizədlərin peşəkar təcrübəsi və idarəetmə bacarıqları nəzərə alınmaqla müvafiq rəhbər vəzifəyə uyğunluğu qiymətləndiriləcək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 noyabr 2026
Son tarix
10 dekabr 2026
HRX ilə müraciət
6
Baxış
248

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Əməliyyat meneceri üzrə bazar adətən 1 000–2 100 ₼ ödəyir, median — 1 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Əməliyyat meneceri kimi öz maaşını yoxla

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş saatları 10:00–19:00 arasıdır.

İş yeri Bakı şəhərindədir.

Minimum 3 il rəhbər və idarəetmə sahəsində iş təcrübəsi tələb olunur.

Vəzifəyə və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı təklif olunur.

Namizədlərdən CV tələb olunur və müraciət etdikləri vəzifəni qeyd etmələri xahiş olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Əməliyyat meneceri üzrə Bakıda digər açıq elanlar.

AgroTrade Supply
Rəhbər · 7+ ilBakı
Maaş göstərilməyib

Şirkətin istehsal və əməliyyat fəaliyyətini idarə edən, strateji idarəetmə və liderlik bacarıqları tələb edən vəzifədir

Business DevelopmentKPI ManagementBudgetingFinancial Analysis+14
Müraciət et
Biopet.shop
Rəhbər · 4–5 ilBakı
Maaş göstərilməyib

Satış və əməliyyatlara rəhbərlik edir, pərakəndə satış və kommersiya analitikası bilikləri tələb olunur.

MerchandisingSupply Chain ManagementData AnalysisPricing Strategy+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Rəhbər
Müraciət et