Əməliyyat uçotunu aparmaq və müştərilər ilə effektiv kommunikasiya bacarığı tələb olunur
Vakansiya haqqında
Namizəd müştəri müraciətlərinin idarə olunması, ödəniş əməliyyatlarının monitorinqi, refund və chargeback sorğularının icrası, eləcə də banklar, processing mərkəzləri və tərəfdaşlarla əməliyyat proseslərinin koordinasiyasında iştirak edəcək.
Əsas vəzifələr
Müştərilərdən daxil olan sorğu, müraciət və şikayətlərin qəbul edilməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi;
Ödəniş əməliyyatlarının statusunun yoxlanılması və nəticələrin müştərilərə təqdim edilməsi;
Processing mərkəzləri, issuer banklar və digər tərəfdaşlarla ödəniş əməliyyatları üzrə işgüzar yazışmaların aparılması;
Refund, chargeback və digər ödəniş sorğularının idarə olunması və hesabatların hazırlanması;
Texniki və əməliyyat problemlərinin təhlil edilməsi, aidiyyəti komandalarla koordinasiya olunaraq həll prosesinin izlənilməsi;
Müştəri məmnuniyyəti və müraciətlər üzrə statistik məlumatların hazırlanması və müvafiq hesabatların aparılması;
SLA çərçivəsində sorğuların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi.
Tələblər
Ali təhsil;
Müştəri müraciətləri və şikayətlərlə işləmək bacarığı;
Ödəniş əməliyyatları, bank prosesləri, refund və chargeback üzrə ilkin bilik;
Analitik düşünmə, detallara diqqət və problem həll etmə bacarığı;
MS Office və informasiya sistemlərindən istifadə bacarığı;
Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
Azərbaycan və rus dillərini səlis bilmək mütləqdir;
İngilis dili biliyi arzuolunandır.
Təcrübə
Bank, fintech, ödəniş sistemləri, müştəri xidməti və ya əməliyyat sahəsində iş təcrübəsi
arzuolunandır.
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlük hesab olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Əməliyyat mütəxəssisi üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 1 150 ₼.
9 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Əməliyyat mütəxəssisi kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri barədə məlumat verilməyib.
İş saatları və günləri barədə məlumat verilməyib.
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlük hesab olunur.
Əmək haqqı barədə məlumat verilməyib.
Namizəd CV-ni elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat mütəxəssisi üzrə digər açıq elanlar.
Satış kanallarından gələn sorğuları icra edir və sənədlərin hazırlanmasında iştirak edir.
Təşkilatın əməliyyat proseslərini koordinasiya edir və təhlil edir, analitik bacarıq tələb olunur.
Bank əməliyyatlarını həyata keçirir, kredit sənədlərini formalaşdırır və hesab açır, yüksək ofis proqramları biliyi tələb olunur.


