Vəzifə haqqında
Əməliyyatçı filialda müştəri əməliyyatlarının düzgün və operativ şəkildə həyata keçirilməsini, sənədlərin hazırlanmasını və sistemə daxil edilməsini təmin edir.
Əsas vəzifə və öhdəliklər
- Müvafiq sənədləri hazırlamaq, yoxlamaq və sistemə daxil etmək;
- Müştəri əməliyyatlarını həyata keçirmək və prosesə nəzarət etmək;
- Əməliyyatların şirkətin müəyyən etdiyi qayda və prosedurlara uyğun icrasını təmin etmək;
- Əməliyyat prosesində yaranan problemləri operativ şəkildə müəyyənləşdirmək və həll etmək;
- Müştərilərə əməliyyatlarla bağlı zəruri məlumatları təqdim etmək;
- Əməliyyat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Əməliyyat, müştəri xidməti və ya müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
- Sənədlərlə işləmək və məlumatları sistemə düzgün daxil etmək bacarığı;
- Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Komandada işləmək bacarığı.
Online müraciət edə və ya şəkilli CV-lərinizi 099 204 07 18 nömrəsinə göndərə bilərsiniz.
" width="100%" style="border: none; height: 800px;">