Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Məhsul satışı üzrə tərtib edilmiş müqavilələrin məlumatlarını şirkətin daxili informasiya sisteminə vaxtında və düzgün daxil etmək;
- Müqavilələr üzrə məlumatların düzgünlüyünü yoxlamaq və aşkar edilmiş uyğunsuzluqlar barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;
- Ödəniş müddəti çatmış və gecikmədə olan müştərilərlə telefon əlaqəsi saxlayaraq ödəniş barədə məlumat vermək və xatırlatma etmək;
- Müştərilərlə aparılmış danışıqların nəticələrini sistemdə qeydiyyata almaq;
- Daxil olan sorğuların operativ şəkildə cavablandırılmasına dəstək göstərmək;
- Gündəlik əməliyyat proseslərinin düzgün və fasiləsiz icrasını təmin etmək;
- Hazırlanan hesabatların tərtib edilməsində iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Ali və ya orta ixtisas təhsili;
- MS Office proqramları (xüsusilə Excel) ilə işləmək bacarığı;
- Kompüter və ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus dili biliyi üstünlükdür);
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq və nəticəyönümlülük.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş saatı: 09:30 – 18:00
- Əməkhaqqı: 600 AZN
- Nahar şirkət tərəfindən təmin edilir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi bağlanılır;
- Stabil və dinamik iş mühitində çalışma imkanı.
Şirkət haqqında
1992-ci ildə fəaliyyətə başlamış Soliton Mağazalar Şəbəkəsi məişət texnikası və elektronika məhsullarının satışı, quraşdırılması və texniki xidməti ilə ixtisaslaşaraq bu günə qədər fəaliyyətini davam etdirməkdədir. İlk mağazasını 28 May metrosu yaxınlığında açmışdır. Zaman keçdikcə Mağazalar Şəbəkəsi şəhərimizin hər bölgəsində, o cümlədən 20 Yanvar, Memar Əcəmi, Elmlər Akademiyası, Xalqlar Dostluğu, Qara Qarayev və digər metro stansiyaları yaxınlığında fəaliyyət göstərməyə başlamışdır. Şəbəkə olaraq yalnız Bakı şəhərində deyil, həmçinin Quba, Xaçmaz, İsmayıllı, Mingəçevir, Zaqatala, Gəncə, Cəlilabad və Azərbaycanın digər bölgərində də fəaliyyətimizi genişləndirməkdə davam edirik. Soliton Mağazalar Şəbəkəsi yüksək ixtisaslı, müxtəlif sahələrdə perspektivli, peşəkar kadrların bacarıq və məhsuldarlığı ilə daima müştərilərinə yüksək xidmət göstərməkdə davam edir. Mağazalarımızda son dövrlərin tələblərinə cavab verən müasir məişət texnikaları, elektronika məhsulları satışını həyata keçirməklə yanaşı müştərilərə satış sonrası quraşdırma və texniki xidmət də göstərilir. Bizim mağazalar şəbəkəsində münasib qiymətlərlə yüksək keyfiyyətli, dünya standartlarına uyğun məhsullar əldə edə bilərsiniz. Soliton mağazalarının məhsul çeşidinə kiçik və böyük məişət texnikası, kompüter avadanlıqları və proqram təminatı, televizorlar, ev kinoteatrları, foto və video texnika, telefonlar, CD, DVD və MP3 pleyerlər, aksessuarlar, ofis texnikası və s. kimi məhsullar daxildir. Mağazalarımızın geniş və rahatlığı müştərilər üçün rahat seçimə uyğundur. Hər şey alıcıların maksimal dərəcədə rahatlığı üçün yaradılıb. Göstərdiyimiz yüksək xidmət səviyyəsi satıcı ilə alıcı arasında rahatlıq yaradır. Satış üzrə ixisaslaşmış kadrlarımız isə hər bir müştərinin istəyinə uyğun məhsul seçimində onlara köməklik göstərir.
Soliton — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


