ProcurementSupply Chain ManagementVendor Management
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600–800 ₼
Yerləşdirilib
9 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
9 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Texnikalar üçün operatorların təyin edilməsi və iş bölgüsünün aparılması;
- Operatorların gündəlik iş qrafikinin hazırlanması və koordinasiya edilməsi;
- Müştərilərdən daxil olan sifarişlərə uyğun operator və texnikaların yönləndirilməsi;
- Operatorların işə vaxtında çıxmasına nəzarət etmək;
- Texnikaların yerləşdiyi obyektlər üzrə gündəlik məlumatların izlənilməsi;
- Operatorlar və müştərilər arasında operativ əlaqənin təmin edilməsi;
- Gündəlik əməliyyat proseslərinin fasiləsiz və səmərəli təşkilini təmin etmək;
- İş qrafikləri, ezamiyyətlər və əvəzetmələrin təşkilində iştirak etmək;
- Rəhbərliyə görülən işlər barədə gündəlik və aylıq hesabatlar təqdim etmək;
- Müvafiq sənədlərin və məlumat bazasının düzgün aparılmasını təmin etmək;
- Digər şöbələrlə (servis, logistika, maliyyə və s.) koordinasiyalı işləmək.
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Koordinasiya, logistika və ya əməliyyatların təşkili sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;
- Planlaşdırma və təşkilatçılıq bacarığı;
- Yüksək ünsiyyət və koordinasiya bacarığı;
- Stress altında operativ qərarvermə bacarığı;
- Məsuliyyətli, dəqiq və intizamlı olmaq.
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 600 – 800 AZN (müsahibə nəticəsinə əsasən)
- İşə qəbul: Rəsmi əmək müqaviləsi ilə
- Məzuniyyət və bayram günləri: Mövcud əmək qanunvericiliyinə və istehsalat təqviminə uyğun olaraq təmin edilir
Şirkət haqqında
Construction Equipment Services MMC
İcarə xidmətləri, Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət, Digər istehlakçı və fərdi xidmətlər
Construction Equipment Services MMC — tikinti, sənaye və infrastruktur layihələri üçün texnika icarəsi, satışı və texniki xidmət həlləri təqdim edir.
Construction Equipment Services MMC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
1CBusiness WritingMicrosoft Office
1CBusiness CorrespondenceMicrosoft Office
Change ManagementAuditFinancial Reporting
