Müştərilərlə iş üzrə mütəxəssis

Honours Academy

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 iyun 2026
Dillər
Azerbaijani, English
Son tarix
27 iyul 2026

Vakansiya haqqında

Vəzifə haqqında:

  • “Honours Academy” komandası müştəri məmnuniyyətinin təmin olunması, satış proseslərinin idarə edilməsi və imtahan əməliyyatlarının texniki-təşkilati icrası istiqamətində çalışacaq “Müştərilərlə İş üzrə Mütəxəssis” axtarır. Bu vəzifə həm fərdi müştərilərlə satış kommunikasiyasını qurmaq, həm də akademiya daxilindəki imtahan proseslərini yüksək dəqiqliklə idarə etmək baxımından strateji əhəmiyyət kəsb edir.

Əsas öhdəliklər:

  • Satış və Müştəri Xidməti: Fərdi müştərilərlə ilkin əlaqənin qurulması, təlim proqramları barədə məlumatlandırma və daxil olan sorğuların (Zəng, WhatsApp, Sosial media) operativ cavablandırılması;
  • Sənədləşmə və Qeydiyyat: Müqavilə, ödəniş və qeydiyyat proseslərinin icrası, tələbə məlumat bazasının dəqiqliklə idarə olunması;
  • Qarşılama və Yönləndirmə: Ofisə gələn ziyarətçilərin qarşılanması, ehtiyaclarının müəyyən edilməsi və müvafiq istiqamətləndirilməsi;
  • İmtahan Əməliyyatları: İmtahan otaqlarının və avadanlıqların texniki hazırlığı, iştirakçıların qeydiyyatı və şəxsiyyət yoxlamasının aparılması;
  • Prosesə Nəzarət: İmtahan qaydalarının icrasına nəzarət, texniki və inzibati problemlərə dərhal müdaxilə, vaxtın idarə olunması;
  • Hesabatlılıq: Qayda pozuntuları və insidentlər üzrə protokolların tərtibi, imtahan nəticələrinin və sertifikatların hazırlanması prosesinin icrası.

Tələblər:

  • Biznes, Marketinq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • Müştəri xidməti, satış və ya əməliyyatların idarə olunması sahəsində minimum 1 il təcrübə;
  • Azərbaycan dilində güclü yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili üzrə orta səviyyədə bilik üstünlükdür.
  • Müştəriyönümlü yanaşma, yüksək ünsiyyətinsanlarla işləmək qabiliyyəti;
  • Eyni anda bir neçə tapşırığı idarəetmə və çevik qərarvermə bacarığı;
  • Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
  • Növbəli iş qrafikində (həftəsonları daxil olmaqla) işləməyə hazırlıq.

Təklifimiz:

  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Dinamik iş prosesi və müxtəlif sahələrdə təcrübə qazanmaq imkanı;
  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Peşəkar inkişafkaryera yüksəlişi perspektivləri.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

KaryeraKadrBakıMiddle650–700 ₼29 gün əvvəl
Phone CommunicationOffice ManagementDocumentation
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Müştərilərlə iş üzrə mütəxəssis
Müraciət et