Operational resilience senior specialist

Azercell

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
21 iyul 2026

Vakansiya haqqında

Əsas öhdəliklər:

  • Data mərkəzində təhlükəsizlik və əməliyyat prosedurlarına riayət olunmasını təmin etmək, onların icrasına nəzarət etmək və təşkilatın siyasət və prosedurlarının normativ tələblərə uyğunluğunu qorumaq.
  • Sığorta hadisələri zamanı şirkətin maraqlarını qorumaq və araşdırma prosesinə ümumi nəzarəti həyata keçirməklə sığorta idarəetməsini təmin etmək; dövlət qurumları və diqər üçüncü tərəflər münasibətləri tənzimləmək və idarə etmək.
  • Radio baza stansiyaları və digər kritik infrastruktur obyektlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə potensial əməliyyat risklərini, zəif nöqtələri və dayanıqlığa təsir edən faktorları proaktiv şəkildə müəyyən etmək.
  • Data mərkəzi mühitində daxili əməkdaşların və podratçıların fəaliyyətinə nəzarət etmək, təhlükəsizliyin, hesabatlılığın və müəyyən edilmiş standartlara riayət olunmasını təmin etmək.
  • Auditləri, yoxlamaları və uyğunluq icmallarını idarə etmək və dəstəkləmək, sənaye üzrə ən yaxşı təcrübələrə və normativ tələblərə uyğunluğu təmin etmək.
  • ERM (Enterprise Risk Management) və BCM komandaları ilə birlikdə əməliyyat davamlılığı çərçivələrini hazırlamaq və idarə etmək, infrastrukturun hazırlıq səviyyəsini və təşkilatın risk iştahına uyğunluğunu təmin etmək.
  • Təhlükəsizlik və mühitə nəzarət sistemlərinin (CCTV, girişə nəzarət, yanğın təhlükəsizliyi, su sızması, rütubət və temperatur nəzarəti platformaları) optimallaşdırılmasını və vaxtında servis olunmasını təmin etmək.
  • CCTV, girişə nəzarət, yanğınsöndürmə və digər siqnalizasiya sistemləri üçün monitorinq panelləri, “health check” prosesləri və avtomatlaşdırılmış xəbərdarlıqlar tətbiq edərək infrastrukturun davamlılığını təmin etmək.
  • Ehtiyat nüsxə və bərpa strategiyalarının hazırlanmasına və inkişafına nəzarət etmək, bərpa prosedurlarının sınaqlarını və dəstəkləyici infrastrukturun etibarlılığını yoxlamaq.

Tələb olunan təcrübə, bilik və texniki bacarıqlar:

  • Telekommunikasiya mühəndisliyi, İnformasiya Texnologiyaları, Təhlükəsizlik İdarəçiliyi və Audit və ya oxşar sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).
  • CompTIA Network+, Security+, ITIL Practitioner, PMP, CCNA, ISO 22301 lead auditor və ya oxşar beynəlxalq sertifikatlar üstünlük hesab edilir.
  • Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir.
  • İT və ya təhlükəsizlik həllərinin inteqrasiyası və IT layihələrdə aparıcı mütəxəssis kimi ən azı 2 il təcrübə.
  • Insidentlərin idarəedilməsi, əməliyyat risklərinin qiymətləndirilməsi və ya böhranların idarə olunması üzrə təcrübə üstünlük hesab edilir.
  • DCIM ilə tanışlıq və data mərkəzi infrastrukturu (enerji, soyutma, yanğın təhlükəsizliyi, şəbəkə) haqqında dərin bilik.
  • Analitik düşüncə tərzi və mürəkkəb vəziyyətləri sürətlə qiymətləndirib operativ reaksiya vermək bacarığı.
  • Yaxşı təşkilati və layihə idarəetmə bacarıqları, sənədləşmə (prosedurlar, hesabatlar, incident qeydləri) təcrübəsi.
  • Çoxşaxəli komandalarla əməkdaşlıq etmək və podratçıların fəaliyyətini koordinasiya etmək bacarığı.
  • Öyrənməyə, dəyişikliklərə uyğunlaşmağa və artan məsuliyyət daşıyan rola inkişaf etməyə hazırlıq.

Şirkət haqqında

Azercell
Telecom · Baku

Azercell Telecom LLC — Azerbaijan's leading mobile operator and the #1 provider of mobile, fixed and B2B solutions. Largest network coverage and subscriber base in the country; a pioneer of digital transformation in the region.

Azercell — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Operational resilience senior specialist
Müraciət et