Satış strategiyasını hazırlayır, satış hədəflərini müəyyən edir və komandanı idarə edir.
Vakansiya haqqında
"FAB Şirkətlər Qrupu"- komandamıza Lənkəran və Sabirabad bölgələri üzrə "Bölgə Müdiri" vəzifəsinə vakansiya elan edir!
İş şəraiti
- Şirkət: FAB Group / OMİD MMC
- İş qrafiki: Həftənin 6 günü, 08:00 – 17:00
- Əməkhaqqı: 2500 AZN (yemək, yanacaq və amortizasiya xərcləri daxildir) + nəticəyə əsaslanan bonus sistemi
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin məhsul və xidmətlərini müştərilərə peşəkar şəkildə təqdim etmək;
- Satış nümayəndələrindən ibarət komandanın fəaliyyətini planlamaq, onları motivasiya etmək və nəticələrə nəzarət etmək;
- Mövcud müştəri bazasını inkişaf etdirmək və müştəri məmnuniyyətini qorumaq;
- Satış proseslərinin təhlilini və sənədləşmənin idarə edilməsini təmin etmək;
- Həftəlik və aylıq satış hesabatlarını vaxtında hazırlamaq;
- Müştəri debitor borclarını izləmək və ödənişlərin vaxtında daxil olmasını təmin etmək;
- Komanda daxilində iş proseslərinin səmərəli təşkilini və planlaşdırılmasını həyata keçirmək.
Namizədə olan tələblər:
- Şəxsi avtomobilin olması mütləq şərtdir;
- Yaş həddi: 25 – 45;
- Satış sahəsində ən azı 5 il iş təcrübəsi;
- Komanda idarəçiliyi və bölgə satış meneceri vəzifəsində təcrübənin olması üstünlükdür;
- Yüksək liderlik və komandanı idarəetmə bacarığı;
- Özünü inkişaf etdirməyə meylli və nəticəyönümlü yanaşma;
- Dəqiqlik, intizam və işə məsuliyyətli münasibət;
- Satış göstəricilərini təhlil etmək və analitik məlumatlara əsaslanaraq fəaliyyət planları qurmaq bacarığı;
- Vaxtı düzgün idarə etmək və tapşırıqlar arasında prioritetləri müəyyənləşdirmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Bölgə Müdiri – Lənkəran/Sabirabad" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkət ilk mağazasını Bakı şəhərində açıb.
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftənin 6 günü, 08:00 – 17:00 saatları arasında işlənir.
Əməkhaqqı 2500 AZN, yemək, yanacaq və amortizasiya xərcləri daxildir, əlavə bonus sistemi mövcuddur.
Yaş həddi 25 – 45 arasıdır.
Satış sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur.
Bəli, şəxsi avtomobilin olması mütləq şərtdir.
CV-lər mövzu hissəsində "Bölgə Müdiri – Lənkəran/Sabirabad" qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏrazi meneceri üzrə Bakıda digər açıq elanlar.
Satış komandasını idarə edir, satış planlarını hazırlayır və icra edir, ən azı 3 il təcrübə tələb olunur.
Qida sektorunda satış sahəsində komanda idarə edən güclü lider axtarılır.
Filialların əməliyyat və maliyyə göstəricilərinə nəzarət edir, restoran sahəsində 3 il təcrübə tələb olunur.


