ProcurementSupply Chain ManagementVendor Management
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–1 500 ₼
Yerləşdirilib
16 iyun 2026
Dillər
Azerbaijani
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
• Rəsmi əmək müqaviləsi; • Sabit iş yeri və uzunmüddətli əməkdaşlıq imkanı; • Yaşayış kompleksinin idarə olunmasında rəhbər vəzifədə işləmək imkanı; • Qanunvericiliyə uyğun sosial təminatlar; • Peşəkar inkişaf və karyera perspektivləri.
Vəzifə öhdəlikləri
• İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrasını təmin etmək; • Yaşayış kompleksinin gündəlik operativ idarə olunmasını həyata keçirmək; • Qazanxana, nasosxana, elektrik yarımstansiyası, lift təsərrüfatı, su anbarları, yanğın təhlükəsizliyi sistemləri və digər mühəndis sistemlərinin təhlükəsiz və fasiləsiz istismarını təşkil etmək; • Ümumi əmlakın saxlanılması, qorunması və istifadəsinə nəzarət etmək; • Cari və əsaslı təmir işlərini planlaşdırmaq və təşkil etmək; • Podratçı və xidmət təşkilatlarının fəaliyyətinə nəzarət etmək; • Satınalma proseslərini, anbar təsərrüfatını və inventarlaşmanı təşkil etmək; • İşçi heyətinin fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına nəzarət etmək; • Sakinlərin müraciətlərinin, şikayət və təkliflərinin araşdırılmasını təmin etmək; • Debitor borcların idarə olunmasını və borcların yığılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil etmək; • Lift kartları, giriş kodları və digər texniki məhdudlaşdırıcı tədbirlərin tətbiqinə nəzarət etmək; • Dövlət orqanları, kommunal xidmət təşkilatları, podratçılar və digər tərəflərlə işgüzar münasibətləri həyata keçirmək; • Rəsmi yazışmaları, ərizə və məktubları hazırlamaq və koordinasiya etmək; • Video müşahidə sisteminin fəaliyyətinə nəzarət etmək, zəruri hallarda arxiv görüntülərinə baxış keçirmək, görüntülərin seçilməsi və saxlanılmasını təmin etmək; • Yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs qismində fəaliyyət göstərmək; • İdarə Heyətinə aylıq, rüblük və illik fəaliyyət hesabatları təqdim etmək.Tələblər
• Ali təhsil (idarəetmə, mühəndislik, iqtisadiyyat, hüquq və ya əlaqəli sahələr üzrə); • İdarəetmə sahəsində minimum 5 il iş təcrübəsi; • Rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi; • Yaşayış komplekslərinin, MMMC, MTK və ya kommersiya obyektlərinin idarə olunması sahəsində təcrübə arzuolunandır; • Azərbaycan Respublikasının Mənzil, Əmək, Mülki və inzibati qanunvericiliyi barədə biliklər; • Texniki təsərrüfatın idarə olunması sahəsində anlayış; • Satınalma, müqavilələrin idarə olunması və podratçılarla işləmək bacarığı; • Kompüter bilikləri (MS Office, elektron sənəd dövriyyəsi sistemləri və dövlət elektron xidmətləri); • Analitik düşünmə, təşkilatçılıq və qərarvermə bacarığı; • Yüksək ünsiyyət və kollektiv idarəetmə bacarığı; • Məsuliyyətlilik, dürüstlük və təşəbbüskarlıq.Üstünlük hesab olunur
• MMMC, MTK və ya yaşayış komplekslərinin idarə olunması sahəsində iş təcrübəsi; • Mühəndis-kommunikasiya sistemlərinin istismarı sahəsində təcrübə; • Debitor borcların idarə olunması və sakinlərlə iş sahəsində təcrübə; • Dövlət orqanları ilə iş və rəsmi yazışmalar təcrübəsi; • Yanğın təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində biliklər; • Texniki xidmət və podratçıların idarə olunması sahəsində təcrübə.Şirkət haqqında
Xətai-7 MMMC
Baku
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Contract ManagementProcurementTender Management
Business CommunicationProcurementSupplier Management
1C ERP SystemComparative AnalysisContract Management

