Filial əməkdaşlarının fəaliyyətinə nəzarət edir və maliyyə sahəsində rəhbər təcrübə tələb olunur
Vakansiya haqqında
"GL" ASC (Sizin Lombard) Şəmkir şəhərində yerləşən filial üzrə Filial Meneceri vakansiyası elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;
- Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;
- Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;
- Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;
- Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofis ilə səmərəli əməkdaşlıq etmək.
Namizəddən tələblər:
- Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;;
- Ali təhsil;
- Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
- Yaş həddi: 30–50 ;
- Fərdi və komanda ilə işləmə bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik.
İş şəraiti və təkliflər:
- İş qrafiki: Bazar ertəsi – Cümə / 09:00 – 18:00
- Əməkhaqqı: Razılaşma yolu ilə
- Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus alma imkanı.
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri
- Qeyd: Filialın kateqoriyası qalxdıqca əməkhaqqı da mütənasib şəkildə artacaq.
Tələblərə cavab verən namizədlərdən “Filial Meneceri (Şəmkir)” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Satış və biznes inkişafını dəstəkləyən, güclü analitik və təqdimat bacarıqları tələb edən təcrübə proqramı.
Filial fəaliyyətini idarə etmək və kreditlərin icrasına nəzarət etmək tələb olunur.
Maliyyə hesabatlarının tərtibi və konsolidasiya prosesinin həyata keçirilməsi üçün müvafiq sahədə 2 il staj tələb olunur.

