Filialın fəaliyyətini idarə edir, kredit portfelini və komanda işini təşkil edir, ən azı 1 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Namizədə dair tələblər
- iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin olması;
- Bank, BOKT və ya Lombard sahəsində minimum 3 illik təcrübə;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
- Kreditlərin verilməsinə dair qayda, prosedur, təlimatları bilmək
- Qızıldan anlayışı olmaq
- Lombard krediti üzrə təcrübəsi olmaq
- təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək
- Yaş: 30-45
- Dil bilikləri: Azərbaycan dili (əla),
- Diqqətli və Operativ olması
- Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
İş barədə məlumat
- Filialın ümumi fəaliyyətini təşkil və idarə etmək, strateji və operativ hədəflərin icrasını təmin etmək;
- Kreditləşmə prosesinə nəzarət etmək, verilən kreditlərin keyfiyyətini və risk səviyyəsini daim izləmək;
- Kredit portfelinin strukturunu, gecikmələri və problemli kreditləri mütəmadi təhlil etmək və müvafiq tədbirlər görmək;
- Filial üzrə aktivlərin, o cümlədən kredit portfelinin təhlükəsizliyini və qorunmasını təmin etmək;
- Kassa əməliyyatlarının düzgün aparılmasına, nağd vəsaitlərin uçotu və saxlanmasına nəzarət etmək;
- Mühasibat uçotu və hesabatlılığın düzgünlüyünü təmin etmək, Baş ofisə vaxtında və dəqiq hesabatların təqdim edilməsinə nəzarət etmək;
- Azərbaycan Respublikası Mərkəzi Bankının normativ tələblərinə, daxili qayda və prosedurlara riayət olunmasını təmin etmək;
- ƏL/TMM (AML/CFT) tələblərinin icrasına nəzarət etmək, şübhəli əməliyyatların aşkar olunması və bildirilməsi prosesini təşkil etmək;
- Daxili nəzarət sisteminin effektivliyini təmin etmək, əməliyyat risklərini minimuma endirmək;
- İşçi heyətinin idarə olunmasını, iş bölgüsünü və əmək intizamına riayət edilməsini təmin etmək;
- Müştəri xidmətlərinin keyfiyyətinə nəzarət etmək və müştəri məmnuniyyətini artırmaq üçün tədbirlər görmək;
- Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan məlumat və sənədlərin təqdim edilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
- Filial üzrə maliyyə nəticələrinin (gəlir, xərc, mənfəət) təhlilini aparmaq və optimallaşdırma tədbirləri həyata keçirmək.
Əmək haqqı
- Razılaşma yolu ilə.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Filial müdiri - Lənkəran filialı” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Filial müdiri üzrə bazar adətən 1 150–1 500 ₼ ödəyir, median — 1 425 ₼.
24 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Filial müdiri kimi öz maaşını yoxlaŞirkət haqqında
“Finex Kredit” BOKT maliyyə bazarının real şərtlərini obyektiv qiymətləndirən, çevik faiz siyasəti ilə seçilən, sabit, təcrübəli və rəqabət qabiliyyətli kredit təşkilatıdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Lənkəran şəhərindədir.
Bank, BOKT və ya Lombard sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
İqtisadiyyat və ya hüquq sahəsində ali təhsil tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
CV və peşəkar karyera məlumatları göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarFilial müdiri üzrə Lənkəranda digər açıq elanlar.
Filialın fəaliyyətini idarə edir, kredit prosesinə nəzarət edir və maliyyə bazarı təcrübəsi tələb olunur.
Filialın daxili fəaliyyətlərini idarə edir və satış hədəflərinə çatmaq üçün strategiyalar qurur.
Filial əməkdaşlarının fəaliyyətinə nəzarət edir və kredit portfelinin idarə olunmasını təmin edir.



