Vakansiya haqqında

Təsvir

  • Yedəkləmə, yanalma və digər gəmi əməliyyatlarının təhlükəsiz təşkilini təmin etmək;
  • Gəminin təhlükəsiz idarə olunmasını, istismarını və üzgüçülüyə hazırlığını təmin etmək;
  • Gəmi heyətinin fəaliyyətini, iş bölgüsünü, növbəliliyini və əmək-intizam qaydalarına riayət olunmasını təşkil və nəzarətdə saxlamaq;
  • Gəminin texniki vəziyyətinə, texniki xidmət və təmir işlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
  • Naviqasiya təhlükəsizliyini, gəmi dayanıqlığını, fövqəladə hallara hazırlığı və dənizdə insan həyatının xilas edilməsi tədbirlərini təmin etmək;
  • Gəmi və maşın jurnallarının, eləcə də digər gəmi sənədlərinin düzgün aparılmasına nəzarət etmək;
  • Gəminin qəbul-təhvil prosesini və müvafiq sənədləşməni həyata keçirmək;
  • Qəzalar, insidentlər və təhlükəli hallar barədə vaxtında məlumat vermək.

Tələblər

Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə orta ixtisas

Təcrübə: Müvafiq istiqamət üzrə 3 il

Tələb olunan sertifikat:

  • Sahilboyu üzgüçülükdə istismar olunan qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitan sertifikatı;
  • Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı;
  • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;
  • Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;
  • Gəmidə ilk tibbi yardım;
  • Yanğınla mübarizə geniş proqram üzrə;
  • Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı;
  • Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Ümumi rayon operatoru;
  • Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış-xilasetmə (İdarəetmə səviyyəsində);
  • Təhlükəli və zərərli yüklərin daşınması;
  • Əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Dilara Aliyeva Str. 230
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 noyabr 2026
Son tarix
25 dekabr 2026
Baxış
101

Şirkət haqqında

Azərbaycan Dəmir Yolları
Rail Transportation · 10,001+ · Bakı
Azərbaycan Dəmir Yolları — bütün vakansiyalar

Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Müvafiq istiqamət üzrə minimum 3 il təcrübə tələb olunur.

Kapitan sertifikatı, radar və avtomatik radar müşahidəsi vasitələrinin istismarı, təhlükəsizlik və xilasedici qayıq üzrə sertifikatlar tələb olunur.

Bəli, gəmi heyətinin fəaliyyətini, iş bölgüsünü və əmək-intizam qaydalarını təşkil etmək və nəzarət etmək tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç
Göstərilməyib
Kapitan
Müraciət et