Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
24 avqust 2026

Vakansiya haqqında

Bridge Travel komandamıza travel sahəsinin bütün əsas istiqamətləri üzrə bilik və təcrübəyə malik, məsuliyyətli və müştəriyönümlü Travel Manager dəvət edir.

Vəzifə öhdəlikləri

  • Xarici və daxili tur paketlərinin hazırlanması və satışı.
  • Aviabilet (Amadeus), otel, transfer, sığorta və digər turizm xidmətlərinin bronlaşdırılması.
  • Viza müraciətlərinin hazırlanması və prosesə nəzarət.
  • Fərdi və korporativ müştərilər üçün səyahət təkliflərinin hazırlanması.
  • Müştəri və tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması.
  • Yeni satış imkanlarının müəyyən edilməsi və satış hədəflərinin yerinə yetirilməsi.
  • Şirkəti görüşlərdə, sərgilərdə və turizm tədbirlərində təmsil etmək.
  • Travel sahəsinə aid gündəlik əməliyyatların tam icrası və koordinasiyası.

Tələblər

  • Turizm/travel sahəsində iş təcrübəsi.
  • Amadeus proqramında işləmək bacarığı.
  • Aviabilet, otel, transfer, sığorta və tur paketləri üzrə təcrübə.
  • Viza prosedurları və beynəlxalq səyahət qaydaları üzrə bilik.
  • Güclü ünsiyyət, satış və danışıqlar aparmaq bacarığı.
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Azərbaycan, rus və ingilis dillərini bilmək.
  • Zərurət yarandıqda xarici ezamiyyətlərə hazır olmaq.
  • Travel sahəsinin bütün əsas istiqamətləri (aviabilet, tur paketləri, otel, transfer, sığorta və viza xidmətləri) üzrə praktiki təcrübəyə malik namizədlərə üstünlük veriləcək.

Təklif edirik

  • Yüksək əməkhaqqı (müsahibə əsasında müəyyən olunur) və satışlardan 10% bonus.
  • Beynəlxalq ezamiyyət imkanları.
  • Peşəkar inkişaf və karyera yüksəlişi.
  • Dinamik və peşəkar iş mühiti.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Xətai rayonu
  • İş qrafiki: Tam ştat (Full-time), Bazar ertəsi – Cümə | 09:00 – 18:00

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Allora TravelBakıMiddle1 000–1 200 ₼22 gün əvvəl
Tour Package DesignSalesCustomer Service
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Travel Manager
Müraciət et