Gömrük prosedurlarını həyata keçirir, gömrük sənədlərini hazırlayır və ən azı 2 il təcrübəsi olmalıdır.
Vakansiya haqqında
Air Cargo MMC komandamıza məsuliyyətli, operativ və peşəkar Gömrük üzrə Bəyənnaməçi axtarır.
Əsas vəzifələr:
- İdxal, ixrac, tranzit və digər gömrük prosedurları üzrə rəsmiləşdirmələrin həyata keçirilməsi;
- Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemlərə təqdim edilməsi;
- Qısa İdxal Bəyannamələrinin hazırlanması və nəzarəti;
- Malların XİF ƏN kodlarının müəyyən edilməsi və düzgün təsnifatının aparılması;
- İnvoice, Packing List, CMR, BL, mənşə sertifikatı, icazə və digər gömrük sənədlərinin yoxlanılması;
- Gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində iştirak;
- Gömrük orqanları ilə yazılı və şifahi əlaqələrin aparılması;
- Gömrük orqanlarından yaranan sual, irad və problemlərin operativ həlli;
- Malların gömrükdən vaxtında və problemsiz buraxılmasının təmin edilməsi;
- Gömrük qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi;
- Müştərilər və logistika şirkətləri ilə operativ işgüzar yazışmaların aparılması;
- Gömrük rəsmiləşdirilməsi ilə bağlı hesabatların hazırlanması.
Namizədə tələblər:
- Yaş: 25-45
- Ali təhsil – logistika, iqtisadiyyat, beynəlxalq ticarət, gömrük və ya əlaqəli ixtisaslar;
- Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatı tələb olunur;
- Gömrük rəsmiləşdirilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə yaxşı bilik;
- Gömrük prosedurları və gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə;
- XİF ƏN kodlarının müəyyənləşdirilməsi və malların təsnifatı üzrə bacarıq;
- e-Gömrük və digər elektron gömrük sistemləri ilə işləmək bacarığı;
- MS Word, MS Excel və MS Outlook proqramlarından sərbəst istifadə;
- Gömrük sənədlərinin hazırlanması və yoxlanılması bacarığı;
- Rəsmi e-mail və işgüzar yazışma bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq;
- İngilis və/və ya rus dili biliyi üstünlükdür;
- Analitik düşüncə, operativ qərarvermə və problem həll etmə bacarığı;
- Diqqətli, məsuliyyətli və detallara həssas olmaq;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş qrafiki: 5 günlük
- İş yeri: Bakı, Xətai rayonu, Azzure Biznes mərkəzi
- Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
10 oktyabr 2026
Şirkət haqqında
Air Cargo Azerbaijan
Logistika və yükdaşıma xidmətləri, Nəqliyyat və anbar təsərrüfatı · Bakı
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Customs ClearanceBusiness CorrespondenceCustoms declaration preparationElectronic customs systems+10
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Generatorların satışı və koordinasiyası üzrə işləyir, güclü satış və Microsoft Office bacarığı tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Layihə sənədlərinin idarə olunmasını və keyfiyyət standartlarına uyğunluğunu təmin edir, ingilis dili tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
1 000–1 100₼
Direktorun rəsmi sənədlərini hazırlayır, görüşləri təşkil edir və sənədləşməni idarə edir.
Müraciət etAsan müraciətAsan müraciət




