Vakansiya haqqında

SR Logistics and Transport MMC komandamıza məsuliyyətli, operativ və peşəkar Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis axtarır.

Əsas vəzifələr:

  • İdxal, ixrac, tranzit və digər gömrük prosedurları üzrə rəsmiləşdirmələrin həyata keçirilməsi;
  • Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemlərə təqdim edilməsi;
  • Qısa İdxal Bəyannamələrinin hazırlanması və nəzarəti;
  • Malların XİF ƏN kodlarının müəyyən edilməsi və düzgün təsnifatının aparılması;
  • İnvoice, Packing List, CMR, BL, mənşə sertifikatı, icazə və digər gömrük sənədlərinin yoxlanılması;
  • Gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində iştirak;
  • Gömrük orqanları ilə yazılı və şifahi əlaqələrin aparılması;
  • Gömrük orqanlarından yaranan sual, irad və problemlərin operativ həlli;
  • Malların gömrükdən vaxtında və problemsiz buraxılmasının təmin edilməsi;
  • Gömrük qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi;
  • Müştərilər və logistika şirkətləri ilə operativ işgüzar yazışmaların aparılması;
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Yaş: 25-35
  • Ali təhsil – logistika, iqtisadiyyat, beynəlxalq ticarət, gömrük və ya əlaqəli ixtisaslar;
  • Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatı – üstünlük/müvafiq vəzifələr üçün tələb olunur;
  • Gömrük rəsmiləşdirilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə yaxşı bilik;
  • Gömrük prosedurları və gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə;
  • XİF ƏN kodlarının müəyyənləşdirilməsi və malların təsnifatı üzrə bacarıq;
  • e-Gömrük və digər elektron gömrük sistemləri ilə işləmək bacarığı;
  • MS Word, MS Excel və MS Outlook proqramlarından sərbəst istifadə;
  • Gömrük sənədlərinin hazırlanması və yoxlanılması bacarığı;
  • Rəsmi e-mail və işgüzar yazışma bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq;
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür;
  • Analitik düşüncə, operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Diqqətli, məsuliyyətli və detallara həssas olmaq;
  • Komandada işləmək bacarığı.
  • Üstünlük veriləcək namizədlər
  • Gömrük brokeri və ya logistika şirkətində iş təcrübəsi olan;
  • Neft-qaz, sənaye və texniki avadanlıqların gömrük rəsmiləşdirilməsi üzrə təcrübəsi olan;
  • Müxtəlif gömrük prosedurları və rejimləri üzrə praktiki biliyə malik olan;
  • Gömrük orqanları ilə operativ iş və problemli yüklərin rəsmiləşdirilməsi təcrübəsi olan namizədlər.

İş şəraiti

  • İş qrafiki: 5 günlük
  • İş yeri: Bakı, Qaradağ rayonu
  • Şirkət tərəfindən Nahar və Nəqliyyat təmin olunur.
  • Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
4 oktyabr 2026

Şirkət haqqında

SR Logistics and Transport LLC
Warehouse · Bakı
SR Logistics and Transport LLC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Air Cargo Azerbaijan
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Gömrük prosedurlarını idarə edir və gömrük bəyannamələrinin hazırlanmasında təcrübəyə malikdir.

Customs ClearanceReport PreparationImport and export proceduresCustoms declaration preparation+9
Müraciət etAsan müraciətAsan müraciət
Multi Vec LLC
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Beynəlxalq yüklərin təşkili və nəzarətini həyata keçirir, minimum 2 il logistika təcrübəsi tələb olunur.

Incoterms knowledgeShipment monitoringOperational ReportingMicrosoft Excel+8
Müraciət etAsan müraciətAsan müraciət
Karaca
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Direktorun tapşırıqlarını idarə edir, hesabatlar hazırlayır və yüksək təşkilatçılıq tələb olunur.

Task ManagementReport PreparationBusiness CorrespondenceMultitasking+10
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis
Müraciət et