Vakansiya haqqında
Şirkətimiz gömrük bəyannamələrinin hazırlanması və rəsmiləşdirilməsi sahəsində peşəkar bilik və təcrübəyə malik, idarəetmə bacarığı olan rəhbər əməkdaş axtarır.
İş vaxtı : Həftə içi 5 gün 09:00-18:00, Şənbə günü qısa iş saatı 10:00-14:00.
İş yeri: Bakı şəh., N.Nərimanov rayonu,
MÜRACİƏTLƏRƏ DAİR VACİB QEYD!
Bu vakansiya yalnız gömrük bəyannaməçiliyi sahəsində real iş təcrübəsi və müvafiq ixtisas attestatı olan namizədlər üçün nəzərdə tutulub.
- Mühasibatlıq sahəsi üzrə CV-lər;
- Gömrük sahəsində təcrübəsi olmayan namizədlərin CV-ləri;
- Vakansiyanın tələblərinə və ixtisasına uyğun olmayan müraciətlər
Öhdəliklər
- Gömrük bəyannamə şöbəsinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
- Bəyannamələrin düzgün, qanunvericiliyin tələblərinə uyğun və vaxtında hazırlanmasına nəzarət edilməsi;
- Gömrük rəsmiləşdirilməsi proseslərinin idarə olunması və koordinasiyası;
- Şöbə əməkdaşlarının iş bölgüsünün aparılması və fəaliyyətlərinə nəzarət;
- Gömrük qanunvericiliyi və müvafiq normativ dəyişikliklərin izlənilməsi;
- İş prosesində yaranan problemlərin operativ həlli və rəhbərliyə hesabat verilməsi;
- Şöbənin iş keyfiyyətinin və effektivliyinin təmin edilməsi.
Tələblər
- Xanim və bəy namizədlər.
- Gömrük bəyannamələrinin hazırlanması, doldurulması və rəsmiləşdirilməsi üzrə ətraflı praktiki biliklər;
- Qeyd olunan sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatının olması MÜTLƏQ TƏLƏBDİR;
- İdarəetmə və rəhbərlik bacarığı;
- Komanda ilə işləmək, iş bölgüsü aparmaq və proseslərə nəzarət etmək qabiliyyəti;
- Məsuliyyətli, diqqətli, operativ və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
- Gömrük sahəsində müstəqil qərar qəbul etmək və yaranan çətinlikləri həll etmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftə içi 5 gün 09:00-18:00, şənbə günü 10:00-14:00 işlənir.
Bakı şəhəri, Nərimanov rayonu.
Gömrük bəyannamələrinin hazırlanması sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Vakansiya üçün yalnız gömrük sahəsində təcrübəsi və ixtisas attestatı olan namizədlərin CV-ləri qəbul edilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keç