Vakansiya haqqında

HERO Projects & Design MMC memarlıq və MEP (Mechanical, Electrical & Plumbing) layihələndirilməsi sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir.

Komandamıza yüksək təşkilatçılıq bacarığına malik, məsuliyyətli, operativ və inkişaf yönümlü Ofis Meneceri / Direktor Köməkçisi dəvət edirik.

Əsas vəzifələr

  • Direktorun gündəlik iş fəaliyyətinin planlaşdırılması və koordinasiyası;
  • Rəsmi məktubların, e-poçtların və işgüzar yazışmaların hazırlanması;
  • Azərbaycan və rus dillərində tərəfdaşlar və müştərilərlə peşəkar ünsiyyətin qurulması (mütləq);
  • Görüşlərin, onlayn iclasların və s təşkili , planlaşdırılması və koordinasiyası;
  • Daxil olan sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və nəzarətdə saxlanılması;
  • Müqavilələrin, təqdimatların və digər inzibati sənədlərin hazırlanmasına dəstək;
  • Şirkətin gündəlik inzibati işlərinin koordinasiyası;
  • Direktor tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • Şirkətin rəsmi internet saytı və sosial media hesablarında əlamətdar günlər, peşə bayramları və digər xüsusi tarixlərlə bağlı korporativ paylaşımların hazırlanması və paylaşılmasının təşkili;
  • Şirkətin korporativ imicinin qorunmasına və onlayn kommunikasiya fəaliyyətinə dəstək göstərilməsi.
  • Tender sənədlərinin hazırlanmasında müəyyən qədər təcrübə.

Namizədə tələblər

  • Ali təhsil üstünlük hesab olunur;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı (mütləq);
  • İngilis dili biliyi üstünlük hesab olunur;
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • ChatGPT və digər süni intellekt (AI) alətlərindən istifadə bacarığı üstünlük hesab olunur;
  • Güclü ünsiyyət və təşkilatçılıq bacarığı;
  • Məsuliyyətli, operativ, dəqiq və intizamlı olmaq;
  • Vaxtın düzgün idarə olunması və planlaşdırma bacarığı;
  • Səliqəli xarici görünüş və peşəkar davranış;
  • Komanda ilə işləmək və təşəbbüskar olmaq;
  • Tikinti, layihələndirmə və ya mühəndislik sahəsində iş təcrübəsi üstünlük hesab olunur.

Biz nə təklif edirik?

  • Stabil və uzunmüddətli iş yeri;
  • Rahat və müasir ofis şəraiti;
  • Peşəkar və dinamik kollektiv;
  • Karyera inkişafı və peşəkar yüksəliş imkanı;
  • Maraqlı və beynəlxalq standartlara uyğun layihələrdə iştirak imkanı;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.

İş qrafiki - Bazar ertəsi – Cümə, 09:00 – 18:00

İş yeri: Khojaly avenue 37, Demirchi Tower, Baku, Azerbaijan

Maraqlanan namizədlərdən CV-lərini "Ofis Meneceri / Direktor Köməkçisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
3 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib2 gün qalıb

Direktorun gündəlik iş qrafikini planlaşdırır və təşkilatçılıq bacarığı tələb olunur.

Meeting CoordinationTeamworkSchedulingCommunication+4
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Mərkəzin inzibati işlərini əlaqələndirir və yüksək təşkilatçılıq bacarığı tələb olunur

MultitaskingDocumentationReport PreparationOffice Administration+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Ofis meneceri / direktor köməkçisi
Müraciət et