Beynəlxalq daşınma üzrə mütəxəssis

Veysəloğlu MMC

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
25 iyul 2026

Vakansiya haqqında

İş şəraiti

  • Funksiya: Tədarük Zənciri Direktorluğu/Beynəlxalq Daşınma Şöbəsi
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Vəzifə öhdəlikləri:

  • Yük daşınması xidməti təklif edən nəqliyyat şirkətlərini araşdırmaq, potensial və faktiki partnyorları müəyyənləşdirmək
  • Yük daşınmaları üçün nəzərdə tutulmuş şərtlərə uyğun nəqliyyat vasitəsini müəyyənləşdirmək
  • Mövcud hərəkət marşrutları içərisində ən optimal və məqsədəuyğun olanını seçmək
  • Daşınma xidməti təklif edən firmalarla danışıqlar aparmaq, xidmət qiymətlərində mümkün olan maksimum endirimləri əldə etmək
  • Boşdayanmalar nəticəsində yaranmış cərimələrin endirilməsi üçün lazımi verilən tapşırıqları həyata keçirmək
  • Daşınmaqda olan, daşınması planlaşdırılan və çatmış yüklərin statusu barədə məlumatları mütəmadi olaraq aidiyyəti strukturlar ilə bölüşmək
  • Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək
  • Müqavilə ilə işləmə bacarığı

Vəzifə tələbləri:

  • Ali təhsil
  • MS Office, xüsusilə Excel proqramını əla bilmək;
  • Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
  • Logistika sahəsi üzrə minimum 1 illik iş təcrübəsi
  • Problemləri operativ həll etmək
  • Yüksək ünsiyyət bacarığı;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət haqqında

Veysəloğlu MMC
FMCG · Baku

Veysəloğlu — Azerbaijan's largest FMCG distribution and production group, partner of major international brands.

Veysəloğlu MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Beynəlxalq daşınma üzrə mütəxəssis
Müraciət et