İxrac konsiqnasiya əməliyyatları üzrə mütəxəssis

Green Tech MMC

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 iyun 2026
Son tarix
17 iyul 2026

Vakansiya haqqında

Müəssisənin ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin daxil olan valyuta vəsaitləri ilə uyğunlaşdırılmasının və bağlanmasının təmin edilməsi

İxrac əməliyyatları ilə bağlı gömrük orqanları, banklar və digər aidiyyəti qurumlarla işgüzar əlaqələrin qurulması və koordinasiyasının həyata keçirilməsi;

İxrac yük gömrük bəyannamələri (YGB) üzrə daxil olan ödənişlərin bank sənədləri və gömrük məlumatları əsasında üzləşdirilməsi, uyğunsuzluqların araşdırılması və aradan qaldırılması;

İxrac əməliyyatları üzrə tələb olunan hesabatların, izahatların və digər sənədlərin aidiyyəti dövlət qurumlarına təqdim edilməsinin təmin edilməsi;

İxrac əməliyyatları ilə bağlı sənəd dövriyyəsinin aparılması, məlumatların dəqiqliyinə nəzarət və qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi.

Tələblər

Ali təhsil

Müvafiq sahə üzrə minimum 3 il fasiləsiz iş təcrübəsi;

MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;

1C proqram təminatı ilə işləmək təcrübəsi;

Analitik düşünmə, hesabatların hazırlanması və məlumatların emalı bacarığı;

Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

Şirkət haqqında

Green Tech MMC
Kənd təsərrüfatı · 1000 + · Baku

Green Tech MMC 2011-ci ilin aprel ayından etibarən fəaliyyətə başlayan yeni texnologiyalara əsaslanan şüşə konstruksiyalı müasir istixana kompleksidir. Ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş kompleksdə istixana şəraitində pomidor və digər tərəvəz məhsulları yetişdirilir. Ən yeni texnoloji yeniliklər əsasında fəaliyyət göstərən şüşə konstruksiyalı müasir istixana kompleksimizdə yetişdirilən məhsullar yerli bazarda lider mövqeyini qorumaqla yanaşı, digər istixanaların keyfiyyətli ehtiyacının da mühüm bir qismini qarşılayır. Green Tech MMC- də 1300 nəfərdən artıq işçi heyyəti daimi işlə təmin edilmişdir

Green Tech MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İxrac konsiqnasiya əməliyyatları üzrə mütəxəssis
Müraciət et