İstehsalat proseslərini idarə edir, layihələri planlaşdırır və resursları effektiv bölür.
Vakansiya haqqında
Tələblər:
- Təhsil: Ali (texniki təhsil)
İxtisası: Mühəndis - Təcrübə: 5 il
- Kompyuter biliyi: MS Office proqramları
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis dilləri
- Kompüter bilikləri: Solidworks, CNC proqramlar, MS Office proqramları
- Sənaye maşınlarının ümumi mexaniki istismarı və məhsuldarlığı
- CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları)
- Boyama proseslərinin təşkilini
- İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətləri və imlanları
- Texniki rəsm oxumağı
- CNC sistemlərini təmin etmək və ya standart proqramlaşdırma işlərini
- Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını
Vəzifə öhdəlikləri
- Dəqiq emal, boya-montaj sahəsində olan bütün proseslərin düzgün şəkildə təşkil edilməsinə nəzarət etmək
- Sahənin işini müştəri tələbinə uyğun beynəlxalq standartlar çərçivəsində təşkil etmək
- Sahədəki bütün proseslərin axıcılığını təmin etmək, işlərin digər sahələrlə kordinasiyalı şəkildə təşkil etmək, prosesi optimallaşdırmaq, işin məhsuldarlığını artırmaq
- İstehsalat prosesini texniki şərtnamə və standartların tələblərinə əsasən təşkil etmək
- İstehsalatda texnoloji proseslərlə əlaqədar meydana çıxan problemlərin operativ həll edilməsi, istehsal proseslərinin optimallaşdırılmasının təmin edilməsinə nəzarət etmək
- İşçi qüvvəsi, avadanlıq, xammal və materiallardan səmərəli istifadə göstəricisinin maksimum səviyyəyə çatdırmaq, istifadə edilən materialların keyfiyyətinə dair araşdırmalar aparmaq və tövsiyələr vermək
- Dəqiq emal sahəsində mövcud olan dəzgahların ümumi texniki sazlığın təmin edilməsi, problemlərin öncədən aşkarlanaraq önləyici tədbirlərin həyata keçirilməsi
- Sahəyə lazım olan mal-materialların təmin edilməsi üçün müvafiq işlər görmək.
- Şöbənin iş təlimatları, prosedurları, iş sxemlərinin və formaların hazırlanmasında iştirak etmək. Formaların düzgün yazılmasına və saxlanılmasına nəzarət etmək, sənədləşmə işinin düzgün təşkilini təmin etmək
- İstehsal hesabatlarının hazırlamaq, analiz etmək, rəhbərliyə təqdim etmək
- Tabeçiliyində olan işçiləri koordinasiya etmək, düzgün iş bölgüsünü aparmaq
- Zavod müdirinin göstəriş və tapşırıqlarını vaxtında və səmərəli şəkildə yerinə yetirmək
İş şəraiti
- İş qrafiki: Həftənin 5 günü, 09:00-18:00
- İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İstehsalat rəhbəri üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 000 ₼.
22 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat rəhbəri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müasir texnologiyalara əsaslanan və eksport potensialına malik yüksək keyfiyyətli sənaye məhsulların istehsalı. | ENG: "Azertexnolayn" LLC founded in February 2012, was the first resident in Sumgait Chemical Industrial Park ( SCIP) which…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1, Sumqayıt Kimya Sənayə Parkıdır.
İş həftənin 5 günü, 09:00-dan 18:00-dəkdir.
Minimum 5 il iş təcrübəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçNahar və servis şirkət tərəfindən təmin olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat rəhbəri üzrə Sumqayıtda digər açıq elanlar.
Su istehsalı və doldurma prosesini idarə edir, texniki avadanlıq və komanda bacarığı tələb olunur.
Qastronom kateqoriyasında istehsalat və satınalma proseslərini idarə etmək üçün 5 il təcrübə tələb olunur.
Çöl reklamı istehsalını təşkil edir, planlaşdırır və istehsalat prosesini idarə edir, 5 il təcrübə tələb olunur.



