Keyfiyyətə nəzarət şöbə rəhbəri

Anonim işəgötürən

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
15 avqust 2026

Vakansiya haqqında

İş barədə məlumat:

  • Şirkətdə tətbiq olunan keyfiyyətə nəzarət sisteminin təşkili, idarə edilməsi və təkmilləşdirilməsi;
  • İstehsal proseslərinin keyfiyyət standartlarına və daxili prosedurlara uyğunluğuna nəzarət etmək;
  • Xammalın, istehsal prosesinin və hazır məhsulun keyfiyyət göstəricilərinin yoxlanılmasını təşkil etmək;
  • Keyfiyyətə nəzarət şöbəsinin əməkdaşlarının işini planlaşdırmaq, koordinasiya etmək və qiymətləndirmək;
  • Uyğunsuzluqların səbəblərini araşdırmaq, düzəldici və qabaqlayıcı tədbirlər planını hazırlamaq və icrasına nəzarət etmək;
  • Keyfiyyət göstəriciləri üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Daxili və xarici auditlərdə iştirak etmək, audit nəticələrinə əsasən fəaliyyət planlarını hazırlamaq;
  • ISO 9001, ISO 22000, HACCP, GMP və digər keyfiyyət standartlarının tətbiqinə və davamlı icrasına nəzarət etmək;
  • İstehsalat, laboratoriya və digər şöbələrlə koordinasiyalı işləyərək məhsul keyfiyyətinin davamlı inkişafını təmin etmək;
  • İşçi heyəti üçün keyfiyyət və qida təhlükəsizliyi sahəsində təlimlərin təşkilində iştirak etmək;

İş şəraiti

  • 6 günlük iş rejimi;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis mövcüddur;
  • Əmək haqqı: Müsahibə əsasında.

Tələblər:

  • Qida mühəndisliyi, qida texnologiyası, baytarlıq, biologiya, kimya, kənd təsərrüfatı və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • İstehsalat müəssisəsində keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
  • ISO 9001, ISO 22000, HACCP, GMP və qida təhlükəsizliyi sistemləri üzrə biliklər;
  • Azərbaycan Respublikasının qida təhlükəsizliyi və sanitariya normaları üzrə biliklər;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
  • Güclü liderlik, komanda idarəetməsi və təşkilatçılıq qabiliyyəti;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
  • ERP və ya digər istehsal idarəetmə proqramlarında işləmək bacarığı üstünlükdür;
  • Məsuliyyətli, təşəbbüskar, nəticəyönümlü və yüksək ünsiyyət bacarıqlarına malik olmaq.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Keyfiyyətə nəzarət şöbə rəhbəri
Müraciət et