Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Prosedur, təlimat və digər daxili sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək;
Keyfiyyət göstəricilərinin (KPI) toplanması, izlənilməsi və təhlilində iştirak etmək;
Şöbələr üzrə proseslərin izlənilməsində iştirak etmək;
Proseslərin təkmilləşdirilməsi üçün məlumatların toplanması və təkliflərin hazırlanması;
Uyğunsuzluqların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin izlənilməsini təmin etmək;
Keyfiyyət hesabatlarının hazırlanmasına dəstək göstərmək;
Keyfiyyət idarəetmə sistemi üzrə sənədlərin idarə olunmasını həyata keçirmək;
İşçi heyəti ilə koordinasiyalı işləmək və metodoloji dəstək göstərmək;
ISO standartlarının tətbiqi prosesində iştirak etmək;
Verilən tapşırıqları vaxtında və düzgün icra etmək.
Tələblər
Ali təhsil;
Keyfiyyətin idarə olunması və ya oxşar sahədə minimum 1–3 il iş təcrübəsi;
ISO 9001 standartı üzrə bilik və tətbiq təcrübəsi;
ISO 9001:2015 Internal Auditor sertifikatının olması üstünlükdür;
QMS Awareness (Keyfiyyət İdarəetmə Sistemi üzrə əsas biliklər) sertifikatının olması üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və operativlik;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
Xarici dil bilikləri arzuolunandır.
Şirkət haqqında
Azərbaycan Respublikasının Milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir. 1992-ci ilin avqust ayında Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi, respublikanın bütün bölgələrində bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmışdır. Regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq 2004-cü ildə “Aztelekom”un internet provayderi yaradıldı. Bu gün "Aztelekom" MMC əhalinin rahatlığını təmin etmək məqsədi ilə ən ucqar kəndlər də daxil olmaqla, respublikanın regionlarında genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində müxtəlif layihələr və tədbirlər keçirməkdədir. Vətəndaşların stasionar telefonlardan daha rahat ünsiyyətinin təmin edilməsi məqsədi ilə "Aztelekom” MMC tərəfindən 2005-ci ildə portativ daşınan telefon CDMA simsiz rabitə xidməti istismara verilmişdir. Aztelekom" İstehsalat Birliyi müştəri yönümlü biznes modelinin tətbiqi və iş proseslərinin təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Hazırda "Aztelekom” MMC öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir. Azərbaycan Respublikasının Milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir. Müxtəlif təşkilat və qurumlar tərəfindən mükafat və diplomlarla təltif olunan “Aztelekom” MMC 2014-cü ildə “Consulting & Business” jurnalı tərəfindən təşkil olunmuş müsabiqədə “Rabitə və informasiya texnologiyaları üzrə ilin şirkəti” nominasiyalı mükafata layiq görülmüşdür. 2018-ci ilin dekabr ayının 20-də Caspian Business Award 2018 Beynəlxalq mükafatının təqdimetmə mərasimində "Aztelekom" “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti” mükafatına layıq görülüb. 2019-cu ildə "Aztelekom" MMC "Telekommunikasiya xidmətlərinə nəzarət prosesi və satışı" üzrə İSO 9001:2015 sertifikatını əldə edib. 2025-ci ildə "Aztelekom" MMC 3 müxtəlif nüfuzlu beynəxalq mükafata -"Speedtest Award for Fastest Fixed Network", "Best Practice of Home Broadband Development Award", "Gigacity Champion" - layiq görülüb.
Aztelekom MMC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.




