Logistika əməliyyatlarını idarə etmək və Microsoft Office biliklərinə malik olmaq tələb olunur
Vakansiya haqqında
Bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi olan “AZZA” QSC şirkəti "Logistika meneceri" vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
- Avropa, Şri-Lanka, Rusiya Federasiyası, Belarus Respublikası və Gürcüstandan konsolidə edilmiş (qismən) və tam yüklü (tam konteyner) daşımaların təşkili.
- Malların təchizatçının anbarından şirkətin anbarına çatdırılması prosesinin tam idarə edilməsi.
- Daşınma zamanı yaranan məsələlərin operativ həlli;
- Nəqliyyat və logistika sənədlərinin dəqiqliyini və tamlığını təmin etmək məqsədi ilə onların nəzərdən keçirilməsi, qarşılaşdırılması və əlaqələndirilməsi.
- Müxtəlif mənbələrdən əldə edilən məlumatların Excel cədvəllərinə daxil edilməsi, həmçinin daxil edilmiş məlumatların və hesablamaların düzgünlüyünün yoxlanılması.
- Logistika əməliyyatları ilə bağlı maliyyə sənədlərinin nəzərdən keçirilməsində iştirak.
- Rəqabətli qiymətlər əldə etmək və sərfəli marşrutları müəyyən etmək;
Tələblər:
- Yaş: 24–35
- Ali və ya tam orta təhsil.
- Avropadan LTL (qismən yük) və FTL (tam yük) daşımaları sahəsində ən azı 1,5illik iş təcrübəsi.
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- Microsoft Excel və Word proqramlarını yüksək səviyyədə bilmək
- Detallara qarşı diqqətlilik, dəqiqlik və güclü təşkilatçılıq bacarıqları.
- Komandada səmərəli işləmək və eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı
Şirkət təklif edir:
- Rəsmi qeydiyyat
- Nahar yeməyi
- İş yeri Xırdalan
Namizələrdən mövzu yerində Logistika meneceri vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Logistika meneceri üzrə bazar adətən 700–2 500 ₼ ödəyir, median — 1 225 ₼.
9 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Logistika meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xırdalan şəhərində yerləşir.
Namizədlər CV və fotoşəkil göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMövzu yerində Logistika meneceri vakansiyasının adı göstərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLogistika meneceri üzrə Bakıda digər açıq elanlar.
Nəqliyyat vasitələrinin koordinasiyasını və sürücülərin işini idarə etmək üçün 2-3 il təcrübə tələb olunur
Yükqaldırma avadanlıqlarının təhlükəsiz idarə olunmasını və texniki yararlılığını təmin etmək üçün koordinasiya edir.
Yük daşımalarını təşkil edir və müştərilərlə əlaqəni idarə edir, logistika təcrübəsi tələb olunur.



