Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Məhsulların sifarişi, nəqliyyat vasitələri ilə daşınması, anbara qəbulu və ehtiyatların düzgün idarə olunması proseslərinə ümumi nəzarətin təşkili
- Təchizat zənciri üzrə bütün mərhələlərin (sifariş, daşınma, qəbul, paylama) koordinasiyası və fasiləsizliyinin təmin edilməsi
- Məhsullar üzrə gömrük əməliyyatlarının qanunvericiliyə uyğun və operativ şəkildə həyata keçirilməsinə nəzarət
- Sifarişlərin vaxtında yerləşdirilməsi, izlənilməsi və gecikmələrin qarşısının alınması
- Mövcud logistik sistemlərin təhlili, təkmilləşdirilməsi və yeni effektiv sistemlərin tətbiqi ilə bağlı təşəbbüslərin irəli sürülməsi
- Logistik proseslərin optimallaşdırılması, xərclərin azaldılması və əməliyyat səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması
- Logistika ilə bağlı xərclərin analiz edilməsi, büdcənin planlaşdırılması və nəzarətdə saxlanılması
- Anbar və nəqliyyat proseslərinin effektiv idarə olunması üçün performans göstəricilərinin (KPI) müəyyən edilməsi və izlənilməsi
- Şöbə əməkdaşlarının işinin təşkili, tapşırıqların bölüşdürülməsi və gündəlik fəaliyyətə nəzarət
- Komandanın inkişafı, motivasiyası və peşəkar bacarıqlarının artırılması istiqamətində tədbirlərin görülməsi
- Digər şöbələrlə (satınalma, satış, maliyyə və s.) sıx əməkdaşlıq edilməsi
Tələblər:
- Logistika, təchizat zənciri və ya əlaqəli sahədə ali təhsil
- Müvafiq sahədə minimum 7 il iş təcrübəsi (rəhbər vəzifədə minimum 3 il)
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Liderlik və komanda idarəetmə qabiliyyəti
- MS Office və logistik proqramlarla işləmə bacarığı
- Dil bilikləri: Azərbaycan dili – ana dili, rus və ingilis dilləri – yüksək səviyyədə
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Karyera yüksəlişi imkanı.
- Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunacaq.
Şirkət haqqında
Zeytun Pharmaceuticals MMC Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə təchizat şirkətlərindən biridir. Şirkət 2014-cü ildən etibarən fəaliyyət göstərir və dərman vasitələrinin idxalı, distribusiyası, topdansatışı, pərakəndə satışı və aptek şəbəkəsinin idarə olunması istiqamətində ölkə üzrə geniş fəaliyyət göstərir. Zeytun Pharmaceuticals ölkənin bütün regionlarını əhatə edən geniş logistika və satış infrastrukturu ilə fəaliyyət göstərərək, dövlət və özəl tibb müəssisələrinin etibarlı tərəfdaşlarından biri hesab olunur. Şirkət beynəlxalq farmasevtik istehsalçılarla əməkdaşlıq edir və yüksək keyfiyyət, təhlükəsizlik və beynəlxalq standartlara uyğun xidmət prinsiplərini əsas tutur. Hazırda şirkətin Bakı və regionlar daxil olmaqla 1000+ əməkdaşı , yüzlərlə aptek və geniş distribusiya şəbəkəsi mövcuddur. Şirkət Azərbaycanın farmasevtika sektorunda ən böyük və sürətlə inkişaf edən şirkətlərdən biri kimi tanınır.
Zeytun Pharmaceuticals — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



