Beynəlxalq yükdaşıma və idxal-ixrac proseslərini idarə etmək üçün logistika və satınalma üzrə menecer tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi olan “AZZA” QSC şirkəti "Logistika üzrə mütəxəssis" vakansiyasını elan edir
- Avropa, Şri-Lanka, Rusiya Federasiyası, Belarus Respublikası və Gürcüstandan konsolidə edilmiş (qismən) və tam yüklü (tam konteyner) daşımaların təşkili.
- Malların təchizatçının anbarından şirkətin anbarına çatdırılması prosesinin tam idarə edilməsi.
- Daşınma zamanı yaranan məsələlərin operativ həlli;
- Nəqliyyat və logistika sənədlərinin dəqiqliyini və tamlığını təmin etmək məqsədi ilə onların nəzərdən keçirilməsi, qarşılaşdırılması və əlaqələndirilməsi.
- Müxtəlif mənbələrdən əldə edilən məlumatların Excel cədvəllərinə daxil edilməsi, həmçinin daxil edilmiş məlumatların və hesablamaların düzgünlüyünün yoxlanılması.
- Logistika əməliyyatları ilə bağlı maliyyə sənədlərinin nəzərdən keçirilməsində iştirak.
- Rəqabətli qiymətlər əldə etmək və sərfəli marşrutları müəyyən etmək;
Tələblər
- Yaş: 24–35
- Ali və ya tam orta təhsil.
- Avropadan LTL (qismən yük) və FTL (tam yük) daşımaları sahəsində ən azı 1,5illik iş təcrübəsi.
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- Microsoft Excel və Word proqramlarını yüksək səviyyədə bilmək
- Detallara qarşı diqqətlilik, dəqiqlik və güclü təşkilatçılıq bacarıqları.
- Komandada səmərəli işləmək və eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı
Şirkət təklif edir:
- Rəsmi qeydiyyat
- Nahar yeməyi
- İş yeri Xırdalan
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Logistika meneceri üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 1 350 ₼.
12 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Logistika meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Xırdalan şəhərində yerləşir.
Avropadan LTL və FTL daşımaları sahəsində ən azı 1,5 il iş təcrübəsi tələb olunur.
Microsoft Excel və Word proqramlarını yüksək səviyyədə bilmək tələb olunur.
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək tələb olunur.
Yaş 24–35 aralığında olmalıdır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLogistika meneceri üzrə Xırdalanda digər açıq elanlar.
Avtomobil logistikasını idarə edir, beynəlxalq daşımalar üzrə 3-5 il təcrübə tələb olunur
Logistika əməliyyatlarını idarə etmək və Microsoft Office biliklərinə malik olmaq tələb olunur
Nəqliyyat vasitələrinin koordinasiyasını və sürücülərin işini idarə etmək üçün 2-3 il təcrübə tələb olunur



