Gəmiçilikdə yüklərin daşınması üzrə müqavilələr bağlayır və sənədləri yoxlayır, analitik düşüncə tələb olunur.
Vakansiya haqqında
İşin qısa təsviri
- Logistika üzrə mütəxəssis/aparıcı mütəxəssis xarici daşımalar (idxal/ixrac) üzrə tələblərin düzgün analiz edilməsi, uyğun vendorların seçilməsi, vendorlarla danışıqların aparılması və logistika prosesinin başdan sona effektiv şəkildə idarə edilməsinə cavabdeh olacaq;
Əsas vəzifə və məsuliyyətlər
- Beynəlxalq idxal/ixrac (multimodal) və ölkədaxili daşımaların təşkil edilməsi və marşrutların optimallaşdırılması;
- Optimal logistika dəyərinin müəyyən edilməsi və rəqabətli nəqliyyat qiymətlərinin alınması;
- Məhsulların təhlükəsiz və vaxtında daşınması, anbara təhvilinin təmin edilməsi;
- SAP (ERP) sistemində sifariş və logistika məlumatlarının qeydiyyatı;
- Yükün çatdırılması prosesinin izlənilməsi və statusun mütəmadi yenilənməsi;
- Logistika planının hazırlanması və təkmilləşdirmə istiqamətləri üzrə iş;
- Yerli və beynəlxalq idxal/ixrac qanunvericiliyinə uyğun əməliyyatlar;
- Daşıyıcı və logistika şirkətləri ilə xidmət müqavilələrinin bağlanması və danışıqların aparılması;
- Logistika sənədlərinin (Invoice, Pack list, CoO, CMR, müqavilələr və s.) yoxlanması, uyğunluğun təmin edilməsi və müvafiq şöbələrə yönləndirilməsi;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLogistika meneceri üzrə Bakıda digər açıq elanlar.
İxracat sənədlərinin hazırlanması və beynəlxalq ticarət əlaqələrinin qurulması üzrə işləri koordinasiya edir.
Nəqliyyat fəaliyyətini planlaşdırır, nəqliyyat vasitələrinin idarə olunmasını və sənədləşməni təşkil edir.
Nəqliyyatın koordinasiyasını həyata keçirir, sürücülərlə və müştərilərlə əlaqə saxlayır, ingilis və ispan dili bilir.



