Nəqliyyat vasitələrinin koordinasiyasını və sürücülərin işini idarə etmək üçün 2-3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Şirkətə məxsus bütün nəqliyyat vasitələrinin və xüsusi texnikaların işinə nəzarətin həyata keçirilməsi;
- Nəqliyyat vasitələrinin və texnikaların texniki vəziyyətinin mütəmadi yoxlanılmasının təşkili;
- Aşkar olunan texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması prosesinin koordinasiyası;
- Nəqliyyat vasitələrinin texniki baxış, təmir və texniki xidmət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
- Yanacaq sərfiyyatının, yürüş göstəricilərinin və nəqliyyat vasitələrinin istifadə vəziyyətinin izlənilməsi;
- Sürücülərin fəaliyyətinin və nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəsinin koordinasiyası;
- Ehtiyat hissələrinə və texniki xidmətə olan ehtiyacların müəyyənləşdirilməsi;
- Nəqliyyat vasitələri və xüsusi texnikalar üzrə müvafiq sənədləşmə və hesabatların aparılması;
- Nəqliyyat vasitələrinin və tikinti texnikalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Nəqliyyat vasitələri və xüsusi texnikaların texniki quruluşu, iş prinsipi və istismar qaydaları haqqında biliklər;
- Yük avtomobilləri, minik avtomobilləri, ekskavator, buldozer, avtokran və digər tikinti texnikaları barədə praktiki biliklərin olması;
- Texniki nasazlıqları ilkin mərhələdə müəyyənləşdirmək və onların aradan qaldırılması prosesini təşkil etmək bacarığı;
- Nəqliyyat və ya texniki xidmət sahəsində iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, operativlik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
- Regionlarda və zərurət yarandıqda Qarabağ bölgəsində işləmək imkanı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Logistika meneceri üzrə bazar adətən 700–2 500 ₼ ödəyir, median — 1 225 ₼.
9 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Logistika meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Qarabağ bölgəsində yerləşir.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMS Office proqramlarında işləmək bacarığı tələb olunur.
Nəqliyyat və ya texniki xidmət sahəsində iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLogistika meneceri üzrə Qarabağda digər açıq elanlar.
Çatdırılma və kuryerləri idarə edir, logistika və planlaşdırma bacarığı tələb olunur
Yükqaldırma avadanlıqlarının təhlükəsiz idarə olunmasını və texniki yararlılığını təmin etmək üçün koordinasiya edir.
Logistika əməliyyatlarını idarə etmək və Microsoft Office biliklərinə malik olmaq tələb olunur



