Metal məhsullarının beynəlxalq və daxili yükdaşımalarını təşkil edir, logistika sahəsində 1-3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Main Freight Logistics komandasına qoşul!
Main Freight Logistics beynəlxalq nəqliyyat-logistika şirkəti komandamıza qoşulacaq təcrübəli və məsuliyyətli Logistika Mütəxəssisi axtarır.
Avropadan yükdaşımaların təşkili sahəsində təcrübəniz varsa, daşıyıcılarla işləməyi və yeni imkanlar yaratmağı sevirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
Vəzifə öhdəlikləri
- Avropadan LTL (qismən yüklər) və FTL (tam yüklər) daşımalarının təşkili;
- Etibarlı daşıyıcıların tapılması və onlarla danışıqların aparılması;
- Rəqabətqabiliyyətli qiymətlərin əldə edilməsi və sərfəli marşrutların müəyyənləşdirilməsi;
- Yüklərin daşınma prosesinin başlanğıcdan təhvil verilənədək izlənilməsi;
- Daşımalar zamanı yaranan məsələlərin operativ həlli;
- Daşıma sənədlərinin hazırlanması və yoxlanılması;
- Məlumatların şirkətin məlumat bazasına vaxtında daxil edilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Avropadan LTL və FTL yüklərinin daşınması sahəsində minimum 2 il iş təcrübəsi;
- İngilis dili biliyi;
- Beynəlxalq yükdaşımalar və ekspedisiya prosesləri haqqında biliklər;
- Daşıyıcılarla effektiv danışıqlar aparmaq və sərfəli qiymətlər əldə etmək bacarığı;
- Yüksək məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Komandada işləmək və iş proseslərini müstəqil idarə etmək bacarığı.
Biz nə təklif edirik?
- Sabit əmək haqqı və əlavə bonuslar;
- Yüksək qazanc imkanı — iş nəticələriniz artdıqca gəlirinizi artırmaq imkanı;
- Əmək nəticələrinə əsaslanan şəffaf və motivasiyaedici bonus sistemi;
- Nahar yeməyinin şirkət tərəfindən təmin edilməsi;
- 5 günlük iş həftəsi və rahat iş qrafiki;
- Beynəlxalq logistika sahəsində peşəkar inkişaf imkanı;
- Peşəkar və dinamik komandada işləmək mühiti.
İş şərtləri
- İş qrafiki: Bazar ertəsi – cümə, saat 10:00–18:00;
- İş yeri: Bakı şəhəri, Bəsti Bağırova küçəsi 12, Məryəm Plaza.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Logistika mütəxəssisi üzrə bazar adətən 700–1 800 ₼ ödəyir, median — 1 000 ₼.
25 açıq vakansiya, 36 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Logistika mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Bakı şəhəri, Bəsti Bağırova küçəsi 12, Məryəm Plaza.
Bazar ertəsi – cümə, saat 10:00–18:00.
Avropadan LTL və FTL yüklərinin daşınması sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Daşıyıcılarla effektiv danışıqlar aparmaq və sərfəli qiymətlər əldə etmək bacarığı tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLogistika mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Gündəlik logistika əməliyyatlarını optimallaşdırır və gömrük prosedurlarını bilir.
Dəmir yolu daşımalarını təşkil edir və optimal marşrutları seçmək üçün rus dilini bilir.
Yükdaşımaların idarə edilməsini və sənədləşməni həyata keçirir, logistika bilikləri tələb olunur.


