Data AnalysisTrade FinanceIncoterms 2020
Yerləşmə
Azərbaycan
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
14 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Namizədə olan tələblər:
- Ali təhsil;
- Logistika/ beynəlxalq daşımalar/ gömrük sahəsində ən azı 1–2 il iş təcrübəsi;
- CRM sistemləri (Bitrix24 üstünlükdür) ilə iş təcrübəsi;
- Beynəlxalq daşıma sənədləri (İnvoys, Packing List, CMR, Etibarnamə) ilə iş bacarığı;
- Incoterms 2020 şərtləri barədə anlayış;
- Gömrük rəsmiləşdirilməsi prosesləri barədə ümumi anlayış;
- Azərbaycan dili səlis, ingilis dili biliyi əla (rus dili biliyi üstünlükdür);
- MS Office proqramlarından sərbəst istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
- Malın həcm və çəki məlumatlarının, yükləmə ünvanının və daşıma üçün lazım olan bütün digər məlumatların istehsalçı ilə dəqiqləşdirilməsi;
- Daşıyıcılara daşıma sorğularının verilməsi;
- Daşıma müqavilələrinin hazırlanması;
- Yük sənədlərinin istehsalçıdan tələb edilməsi və uyğunluğunun yoxlanılması, sənədlərin tərtibi ilə bağlı istehsalçıya müvafiq təlimatların verilməsi;
- Zərurət yarandıqda İnvoys, Packing List, CMR, Etibarnamə və Məktub tipli sənədlərin hazırlanması;
- Daşımanın təşkili və malın son məntəqəyə çatdırılmasınadək sifarişin izlənilməsi;
- Daşıma ilə bağlı ödəniş müraciətlərinin rəhbərliyə təqdim edilməsi və ödənişlərin icrasına nəzarət.
İş şərtlərimiz:
- İş qrafiki: 5 günlük;
- İş saatları: 08:30-17:30.
- İş yeri: Port Baku Tower 2;
- Nahar şirkət tərəfindən təmin olunur.
Şirkət haqqında
Ram Holding
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
AccountingInvoice preparationFinancial Reconciliation
Logistics ManagementIncotermsImport/Export Operations
Customer Relationship ManagementCRM systemsBitrix


