Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Xarici təchizatçılardan malların idxalı prosesini (Import) əvvəldən sona qədər idarə edilməsi, yüklərin növünə uyğun olaraq optimal nəqliyyat növünü (quru, hava, dəniz) seçmək.
Yerli və xarici logistika şirkətləri, ekspeditorlar və brokerlərlə əlaqələrin qurulması, qiymət təkliflərinin alınması, təhlil edilməsi və ən sərfəli variantın seçilməsi üzrə danışıqları aparmaq.
İdxal prosesi üçün tələb olunan sənədlərin (Invoice, Packing List, CMR, Certificate of Origin və s.) düzgünlüyünü yoxlamaq və vaxtında aidiyyəti qurumlara/brokerə təqdim etmək
Yüklərin hərəkət qrafikini gündəlik izləmək, gecikmə riskləri yarandıqda proaktiv həll yolları tapmaq və bu barədə şöbə rəhbərliyini məlumatlandırmaq;
Daşıma xərclərini optimallaşdırmaq və büdcəyə uyğunluğunu təmin etmək, fakturaları yoxlamaq və maliyyə şöbəsinə təhvil vermək;
Tədarük Zənciri Şöbə Müdirinə həftəlik və aylıq status hesabatlarını təqdim etmək;
Yüklərin sığortalanması prosesinin təşkili və daşınma zamanı yaranan xəsarət/itki hallarında sığorta şirkətləri ilə iddia (claim) prosesini aparmaq
Namizədə tələblər:
Ali təhsil (Logistika, Tədarük Zənciri, Beynəlxalq Münasibətlər və ya İqtisadiyyat sahəsində)
Beynəlxalq daşımalar və ya logistika sahəsində minimum 1-3 il iş təcrübəsi (Retail/Pərakəndə satış sektorunda təcrübə üstünlükdür)
Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
MS Office proqramları (xüsusilə Excel – Pivot table, Vlookup), ERP sistemləri ilə işləmək bacarığı
Incoterms 2020 qaydalarını və gömrük qanunvericiliyinin əsaslarını bilmək
Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş qrafiki
Korporativ mobil nömrə
Şirkət haqqında
Veysəloğlu — Azerbaijan's largest FMCG distribution and production group, partner of major international brands.
Veysəloğlu — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


