Anbara daxil olan malların qəbulunu, yerləşdirilməsini və göndərilməsini həyata keçirmək tələb olunur.
Vakansiya haqqında
İş yeri – Xırdalan şəhəri, anbar.
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
Fiziki işləri yerinə yetirmək bacarığı;
Komandada işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
Dondurucu, soyuducu və quru anbar şəraitində işləməyə hazır olmaq;
AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək;
Daxil olan sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq;
Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək;
Anbar daxilində məhsulların daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək;
Dondurulmuş, soyudulmuş və quru məhsulların saxlanma qaydalarına riayət etmək;
Sayım və inventarizasiya proseslərində iştirak etmək;
Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
İş yeri – Xırdalan şəhəri,anbar;
Əməkhaqqı - 650-750 Azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Anbardar üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 700 ₼.
71 açıq vakansiya, 72 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbardar kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xırdalan şəhərində, anbar sahəsində yerləşir.
6 günlük iş rejimi tətbiq olunur.
Əmək haqqı 650–750 ₼ aralığındadır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbardar üzrə Xırdalanda digər açıq elanlar.
Malların qəbulunu və çıxarılmasını dəqiq yoxlamaq və yönləndirmək üçün anbar köməkçisi tələb olunur
Anbar əməliyyatlarını idarə edir, inventarizasiyaya nəzarət edir və çatdırılma proseslərini təşkil edir



