Malların anbara qəbulunu, yerləşdirilməsini və inventarizasiyasını aparmaq üçün 1-3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Doğtaş Mebel komandamıza anbar əməliyyatlarını, stok nəzarətini və müştəri sifarişlərinin çatdırılma prosesini düzgün təşkil edəcək məsuliyyətli və təcrübəli əməkdaş axtarırıq.
- Rəsmi əmək müqaviləsi;
- Növbəli iş rejimi, həftədə 6 iş günü və 1 gün istirahət.
- Əməkhaqqı müsahibə zamanı bilik və təcrübəyə əsasən müəyyən ediləcək.
- Ünvan: Bakı şəhəri, Bakmil metro stansiyasının yaxınlığı.
Müraciət qaydası
E-poçtun mövzu hissəsində “ANBAR VƏ STOK MENECERİ” qeyd etməyiniz xahiş olunur.
Vəzifə öhdəlikləri
- Anbara daxil olan və anbardan çıxan məhsulların qəbulu, sayımı və sənədləşdirilməsi;
- Anbar qalığına və məhsul hərəkətlərinə daimi nəzarət;
- Məhsulların LOGO və digər müvafiq proqramlarda qeydiyyatının aparılması;
- Sistem qalıqlarının faktiki anbar qalıqları ilə uyğunluğunun təmin edilməsi;
- Müntəzəm inventarizasiyanın aparılması və aşkar edilmiş fərqlərin araşdırılaraq aradan qaldırılması;
- Müştəri sifarişlərinin vaxtında və düzgün çatdırılmasının təşkili, anbar və servis komandası arasında koordinasiyanın təmin edilməsi;
- Gündəlik və aylıq anbar və stok hesabatlarının hazırlanması.
Tələblər
- Bəy namizədlər;
- Yaş həddi: 22–40;
- Ali və ya orta təhsil;
- Anbar və stok idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi;
- LOGO, 1C, Mikro və ya digər anbar/uçot proqramları ilə praktiki işləmək bacarığı mütləqdir;
- Kompüterdə sərbəst işləmək və ofis proqramlarını, xüsusilə Excel-i bilmək mütləqdir;
- Rus dilini bilmək üstünlükdür;
- Anbar uçotu və inventarizasiya qaydalarını bilmək;
- Təşkilatçılıq, komanda ilə işləmək və operativ qərarvermə bacarığı;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
- BC kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Anbardar üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 700 ₼.
61 açıq vakansiya, 61 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbardar kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Bakmil metro stansiyasının yaxınlığındadır.
Növbəli iş rejimidir, həftədə 6 iş günü və 1 gün istirahət var.
Bəli, rəsmi əmək müqaviləsi təklif olunur.
Bəli, 22–40 yaş arası namizədlər qəbul olunur.
Anbar və stok idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
E-poçtun mövzu hissəsində “ANBAR VƏ STOK MENECERİ” qeyd edilməklə müraciət etmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbardar üzrə Bakıda digər açıq elanlar.
Anbar əməliyyatlarını idarə edir, malların qəbulu və saxlanmasını təmin edir, 3 il təcrübə tələb olunur
Anbarın düzgün təşkili və inventar uçotu aparmaq üçün 3 il təcrübəli anbardar tələb olunur
Anbarda malların qəbulunu, sayımını və 1C proqramında uçotunu aparmaq tələb olunur


