Malların anbara qəbulunu, yerləşdirilməsini və inventarizasiyasını aparmaq üçün 1-3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların uçotunu və hesabatını aparmaq;
- Struktur bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin icrasına nəzarət etmək və operativ təminatını həyata keçirmək;
- Anbarda mövcud olan materialların təsdiqlənmiş müraciətlər əsasında bölmələrə düzgün paylanmasını və bu əməliyyatların elektron sistemdə vaxtında qeydiyyatını təmin etmək;
- Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi əsasında material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və materialların təhvil-təslimini həyata keçirmək;
- Anbarda olan mal-materialların faktiki mövcudluğunu daimi nəzarətdə saxlamaq, dövri inventarizasiyalar aparmaq və azalan materiallar barədə bilavasitə rəhbəri vaxtında məlumatlandırmaq;
- Materialların müəyyən olunmuş saxlama və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin etmək;
- Materialların gündəlik sərfiyyatına nəzarət etmək və sistem üzrə düzgün uçotunu aparmaq;
- Hesabat dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu barədə yazılı şəkildə bilavasitə rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq.
İş şəraiti:
- İş yeri: Güzdək qəs.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (tikinti və ya istehsalat sahəsində təcrübə arzuolunandır);
- Anbar uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb);
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyət və operativlik;
- Komanda ilə işləmək və riyazi təfəkkür.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar (Güzdək)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Anbardar üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 700 ₼.
61 açıq vakansiya, 61 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbardar kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Güzdək qəsəbəsindədir.
İş həftədə 6 gündür.
Əmək haqqı 900-1000 ₼ aralığında, namizədin təcrübəsinə əsasən təyin olunur.
Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi tələb olunur.
1C proqramı və MS Office proqramlarında işləməyi bilməlidir.
CV-ni mövzu hissədə “Anbardar (Güzdək)” qeyd edərək elektron poçt vasitəsilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbardar üzrə Bakıda digər açıq elanlar.
Anbarda ehtiyatların qəbulunu, saxlanmasını və verilməsini idarə etmək üçün 1 ildən çox təcrübə tələb olunur
Anbar əməliyyatlarını idarə edir, malların qəbulu və saxlanmasını təmin edir, 3 il təcrübə tələb olunur
Anbarda malların qəbulunu, sayımını və 1C proqramında uçotunu aparmaq tələb olunur



