Malların anbara qəbulunu, yerləşdirilməsini və inventarizasiyasını aparmaq üçün 1-3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Şirkətimiz anbar düzgün təşkili, malların qəbulu, yerləşdirilməsi, saxlanılması və
təhvili, ERP sistemində uçotu, müvafiq hesabatların hazırlanması kimi prosesləri dəqiq
və məsuliyyətli şəkildə idarə edə biləcək təcrübəli Anbardar axtarır.
- İş yeri: Bakı şəhəri;
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.
Vəzifə öhdəlikləri
- Anbardakı rəflər və zonaların təşkili;
- Məhsulların model, rəng, ölçü, çəki və artikul üzrə ayrılması və yerləşdirilməsi;
- İnventarın və anbar əməliyyatlarının müvafiq ERP proqramında detallı
qeydiyyatı;
- Mədaxil və məxaric olan malların çeşidlənməsi, sistemə daxil edilməsi və
mütəmadi yoxlanılması;
- Planlı və növbədənkənar inventarizasiyaların aparılması;
- Qaimə, təhvil-təslim aktı və digər anbar sənədlərinin hazırlanması, yoxlanılması
və arxivləşdirilməsi;
- Anbarda səliqə, təsnifat, yanğın təhlükəsizliyi, təhlükəsizlik texnikası və
SƏTƏM qaydalarına riayət;
- Anbar qalıqları və mal dövriyyəsi üzrə hesabatların hazırlanması;
- Qəbul və sayım zamanı aşkar edilən uyğunsuzluqlar, habelə anbardakı
qüsurlu, zədəli məhsulların qeydiyyatı və zəruri hesabatların təqdim edilməsi;
- Rəhbərliyin tapşırıqlarının vaxtında icrası.
Tələblər
- Ali təhsil və ya orta təhsil
- Azərbaycan dili (rus dili arzuolunandır)
- Anbar uçotu və elektron proqram təminatı (1C:ERP) ilə işləmək bacarığı;
- Anbar və material uçotu sahəsində minimum 3 il iş təcrübəsi;
- MS Office (MS Word, MS Excel) proqramlarında işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyət və operativlik;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Anbardar üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 700 ₼.
61 açıq vakansiya, 61 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbardar kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
Bəli, rəsmi əmək müqaviləsi təklif olunur.
Anbar və material uçotu sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
1C:ERP və MS Office proqramlarında işləmək bacarığı tələb olunur.
Ali və ya orta təhsil tələb olunur.
Azərbaycan dili mütləqdir, rus dili arzuolunandır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbardar üzrə Bakıda digər açıq elanlar.
Anbarda ehtiyatların qəbulunu, saxlanmasını və verilməsini idarə etmək üçün 1 ildən çox təcrübə tələb olunur
Bağlamaların anbara yerləşdirilməsi, çeşidlənməsi və müştəri xidmətində təcrübə tələb olunur
Anbar əməliyyatlarını idarə edir, malların qəbulu və saxlanmasını təmin edir, 3 il təcrübə tələb olunur


