Anbarda malların qəbulunu, sayımını və 1C proqramında uçotunu aparmaq tələb olunur
Vakansiya haqqında
İş yeri: Balakən
Vəzifə öhdəlikləri
- Anbara daxil olan məhsulların qəbulunu, barkodlaşdırılmasını və sistemə düzgün şəkildə mədaxil edilməsini təmin etmək;
- Anbardan çıxarılan məhsulların müvafiq prosedurlara uyğun sənədləşdirilməsinə nəzarət etmək;
- Anbar qalığının düzgünlüyünü mütəmadi yoxlamaq və fiziki qalıqların sistem məlumatlarına uyğunluğunu təmin etmək;
- Məhsulların adlarına və müəyyən edilmiş qaydalara uyğun olaraq anbarda yerləşdirilməsinə və saxlanılmasına nəzarət etmək;
- 1C proqramı üzərindən anbar əməliyyatlarını, o cümlədən silinmə əməliyyatlarını aparmaq;
- Anbar üzrə müvafiq sənədlərin və uçot məlumatlarının düzgünlüyünü təmin etmək;
- Anbarda nizam-intizamın və məhsulların düzgün saxlanma qaydalarının qorunmasını təmin etmək.
Tələblər
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
- 1C proqramı ilə işləmək bacarığı;
- Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
- Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;
- Komanda ilə işləmək və iş prosesini düzgün təşkil etmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Anbardar üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 700 ₼.
61 açıq vakansiya, 61 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbardar kimi öz maaşını yoxlaŞirkət haqqında
Azərbaycan Respublikasında fəaliyyət göstərən, keyfiyyət və innovativliyi ilə seçilən Tabaterra Məhdud Məsuliyyətli Cəmiyyəti tütün məmulatlarının istehsalını həyata keçirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Balakəndə yerləşir.
Namizədlər CV göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət elektron poçt vasitəsilə həyata keçirilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbardar üzrə Bakıda digər açıq elanlar.
Anbarda ehtiyatların qəbulunu, saxlanmasını və verilməsini idarə etmək üçün 1 ildən çox təcrübə tələb olunur
Anbar əməliyyatlarını idarə edir, malların qəbulu və saxlanmasını təmin edir, 3 il təcrübə tələb olunur
Anbara daxil olan və çıxan məhsulların qəbulunu, yerləşdirilməsini və inventarizasiyasını idarə etmək.




