Vakansiya haqqında

  • Lokomomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlərin, göstərişlərin, təlimatların və digər normativ aktların tələblərini yerinə yetirmək;
  • Teplovoza texniki xidmət olunması, qatarların daşınmasında və manevr işinin yerinə yetirilməsi üzrə texniki biliyini, peşə ustalığını və ixtisasını artırmasını həyata keçirmək;
  • İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək, gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq;
  • Teplovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək;
  • Teplovoza qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
  • Teplovozda təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə nəzarət etməklə, onların yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq, nasazlıq aşkar edildikdə onun tezliklə aradan qaldırmaq üçün lazımı tədbirlər görmək;
  • Teplovoz dayanarkən ekipaj hissələrin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək, teplovozda olan təhlükəsizlik qurğuların işinə nəzarət etmək;
  • Svetoforun qadağanedici göstərişinə doğru hərəkət edərkən, ayaq üstə maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək, qatarın (teplovozun) dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək;
  • Yanacaq enerji resurslarını, sürtkü və digər materialları qənaətlə istifadə etməklə, təyin olunmuş normalara riayət etmək, avadanlıqları, alətləri və fərdi mühafizə vasitələrini saz vəziyyətdə saxlamaq;
  • Maşinist teplovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (teplovozu) dayandırmaq,onun özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə və stansiya növbətçisinə məlumat vermək;

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
İmişli
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 oktyabr 2026
Son tarix
20 oktyabr 2026
Baxış
47

Şirkət haqqında

Azərbaycan Dəmir Yolları
Rail Transportation · Baku
Azərbaycan Dəmir Yolları — bütün vakansiyalar

Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri İmişli şəhərindədir.

Müraciət üçün son tarix 20 oktyabr 2026-cı ildir.

İş xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda həyata keçirilir.

Teplovozun texniki xidmətini göstərir, təhlükəsizlik və radiorabitə qurğularının işinə nəzarət edir, nasazlıqları aradan qaldırır.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Müqavilə operatoru üzrə İmişli şəhərində digər açıq elanlar.

Kontakt Home
Göyçay
Maaş göstərilməyib

Hissəvi ödəniş müqavilələrinin idarə olunmasını və tapşırıqların icrasını həyata keçirir.

Contract ManagementPartial payment processingEmail CommunicationTask Execution+3
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Teplovoz maşinist köməkçisi
Müraciət et