Potensial müştəriləri tapmaq və ilkin əlaqə qurmaq bacarıqları tələb olunur.
Vakansiya haqqında
Bubak komandasına qoşulun!
Bubak sürətlə inkişaf edən startup layihəsidir. Məqsədimiz insanlarla peşəkar mütəxəssisləri bir platformada bir araya gətirərək xidmət sifarişini daha rahat və əlçatan etməkdir.
Hazırda komandamıza aktiv, ünsiyyətcil və öyrənməyə həvəsli Müştəri Əlaqələri üzrə Mütəxəssis axtarırıq.
İş təcrübəsi mütləq tələb olunmur. Bizim üçün əsas olan işləmək, öyrənmək və inkişaf etmək istəyidir.
İlk 2 həftə sınaq müddətidir. Sınaq müddətini uğurla başa vuran əməkdaş üçün əmək haqqı 500 AZN + bonus nəzərdə tutulur.
Əgər maraqlı startup layihəsinin bir hissəsi olmaq və peşəkar komanda ilə birlikdə inkişaf etmək istəyirsinizsə, müraciətinizi gözləyirik.
Vəzifə öhdəlikləri
- Peşəkar mütəxəssislərlə əlaqə yaratmaq;
- Onlara Bubak platformasını təqdim etmək;
- Platformada qeydiyyat prosesinə dəstək olmaq;
- Yeni istifadəçilərin cəlb edilməsində iştirak etmək;
- Komandanın inkişafına töhfə vermək.
Tələblər
- İnsanlarla rahat ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətli və intizamlı olmaq;
- Startup mühitində işləməyə maraq göstərmək;
- Azərbaycan dilində sərbəst danışmaq (əlavə dil bilikləri üstünlükdür);
- Smartfon və sosial şəbəkələrdən rahat istifadə etmək.
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Məhsulların tanıdılması və satışı; yaxşı ünsiyyət və inandırma bacarığı tələb olunur.
TikTok-da canlı yayım açmaq, məhsulları maraqla təqdim etməyi bacarmaq tələb olunur.



