Dəniz və hava nəqliyyatı ilə personalın hərəkətini koordinasiya etmək və təhlükəsizlik sertifikatlarını izləmək tələb olunur
Vakansiya haqqında
Təsvir
- Qatarların tərtib olunması, tərkiblərin dağıdılması, vaqonların açılması və qoşulması üzrə manevr işlərini yerinə yetirmək;
- Vaqonların yükləmə-boşaltma məntəqələrinə və xüsusi təyinatlı yollara verilməsini təmin etmək;
- Stansiya ərazisində manevr işlərini təhlükəsiz və müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;
- İnsanlarla tutulu, əndazəli və təhlükəli yüklərlə yüklənmiş vaqonlarla manevr işlərini xüsusi ehtiyatla icra etmək;
- Vaqonların düzgün qoşulmasını, bərkidilməsini və hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğunu yoxlamaq;
- Manevr rəhbəri qismində manevr işlərinin düzgün və təhlükəsiz yerinə yetirilməsini təmin etmək;
- Yükləmə və boşaltma işləri aparılan vaqonlarla manevr zamanı məsul şəxsin razılığı əsasında hərəkət etmək;
- Stansiyanın texniki-sərəncam aktının tələblərinə uyğun olaraq vaqonların avtotormozlarını qoşmaq və tormoz başmaqları ilə bərkitmək;
- Qatar heyətinin və vaqonların etibarlı bərkidilməsini, tormoz başmaqlarının istifadəsini və yoldəyişənlərin düzgün vəziyyətini təmin etmək;
- Manevr işləri zamanı hərəkət təhlükəsizliyi, siqnalizasiya və əməyin mühafizəsi qaydalarına riayət etmək.
Tələblər
- Ümumi təhsil;
- Dəmiryolunun texniki istismar qaydaları, İşarəvermə təlimatı, Qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
- Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Salyan şəhərindədir.
Ümumi təhsil tələb olunur.
Bəli, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməlidir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarNəqliyyat üzrə mütəxəssis üzrə Salyanda digər açıq elanlar.
Yük daşımalarını təşkil edir, danışıqlar aparır və yükdaşımada ən azı 2 il təcrübə tələb olunur
Vaqonların hərəkət sürətini tənzimləyir və tormoz başmaqlarını düzgün bərkitməyi bacarır


