Restoranın işini idarə edir, komanda rəhbərliyi və müştəri məmnuniyyətini təmin edir
Vakansiya haqqında
Grand Catering QSC vakansiya elan edir - Növbə rəisi axtarışındayıq.
Anbar və logistika sahəsində inkişaf etmək, məhsulların düzgün qəbulu, saxlanması və uçotu proseslərində iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Anbarda növbə rəisi yük daşınmaları, yükün anbara qəbulu və buraxılması prosesində iştirak edir.
- Anbarda növbə rəisi tabeliyində olan işçilərinə rəhbərlik edir, onların fəaliyyətlərini istiqamətləndirir və əlaqələndirir.
- Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirir.
- Anbara daxil olan və anbardan çıxarılan məhsullar barədə məlumatları müvafiq sistemə daxil etmək.
- Malların keyfiyyəti (keyfiyyətsizliyi) barədə rəhbərliyə məlumat verir.
- Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət edir.
- İş yerində etik davranışı və əmək intizamını qoruyaraq digər əməkdaşlara nümunə olur.
- Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət edir.
- İnventarlaşdırmanın aparılmasında iştirak edir.
- Anbar əməliyyatları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək.
- İş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil edir.
- İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək istehsalat intizamını pozanlar barəsində tədbir görülməsi haqqında təkliflər verir.
- Müqavilədə müəyyən olunmuş vaxtda malgöndərənlər tərəfindən malların göndərilməsinə və saxlama müddətinə nəzarət edir.
- Alınan malların keyfiyyətinə nəzarət edir.
Tələblər:
- Ali təhsil
- Anbar sahəsində minimum 2 il iş təcrübəsi
- Azərbaycan dili – əla
- MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı
- Diqqətlilik və detallara yönümlülük
- Məsuliyyətli və operativ yanaşma
- Təşkilatçılıq və idarəetmə bacarığı
Sizə nə təklif edirik?
- Şirkət tərəfindən təmin olunan nahar
- Korporativ mobil nömrə və danışıq paketi
- Peşəkar inkişaf və karyera imkanları
- Dinamik və inkişafyönümlü iş mühiti
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu
Əməkhaqqı: 1100 AZN - NET
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Növbə meneceri üzrə bazar adətən 660–1 100 ₼ ödəyir, median — 750 ₼.
10 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Növbə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
15 iyul 2016-cı ildən etibarən müştərilərimizə ən mükəmməl olanı təqdim edirik. | 15 iyul 2016-cı ildən etibarən müştərilərimizə ən mükəmməl olanı təqdim edirik.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Qaradağ rayonu yerləşir.
Anbar sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Əməkhaqqı 1100 ₼ NET-dir.
Namizədlər CV-lərini müraciət formu vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarNövbə meneceri üzrə Bakıda digər açıq elanlar.
Restoranın növbəsini idarə edir, 3 ildən çox təcrübə və liderlik bacarığı tələb olunur
Mühafizə xidmətinin təşkilini və növbələrin idarə olunmasını təmin edir, ofis kompüter bilikləri tələb olunur.
İstehsalat proseslərini idarə edir və texniki təhlükəsizlik qaydalarına riayət edir, minimum 3 il təcrübə tələb olunur.


