Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 iyul 2026
Son tarix
23 avqust 2026

Vakansiya haqqında

Şirkətimizə Ofis meneceri vəzifəsinə məsuliyyətli xanım əməkdaş axtarılır.

Vəzifələr:

  • Qonaqları peşəkar səviyyədə qarşılamaq (çay, su, kofe təqdim etmək)
  • Ofisin daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət.
  • Dəftərxana və təsərrüfat ləvazimatlarının sifarişi, inventar uçotunun aparılması.
  • Rəhbərliyin və ya qonaqların qarşılanması, iclasların, ezamiyyət (otel/bilet) rezervasiyalarının təşkil olunması
  • Ofisin səliqə və təmizliyinə nəzarət etmək
  • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək

Tələblər:

  • Yaş həddi: 25 yaşdan -40 yaşa qədər
  • Təmizkar və məsuliyyətli olmaq
  • Xoş görünüşlü və səliqəli olmaq
  • Mehriban və ünsiyyətcil davranış
  • Verilən tapşırıqları vaxtında icra etmək

İş qrafiki:

  • 6 günlük iş rejimi
  • Əməkhaqqı: 600 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət haqqında

Business Insight International Research Group
Peşəkar, elmi və texniki fəaliyyətlər, Marketinq və reklam xidmətləri · Baku

Business Insight International Research GROUP (Bundan sonra Business Insight) Azərbaycanda “PROCON GFK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir. Business Insight daxili struktur dəyişikliklərinə gedərək 2004-cü il may ayından etibarən Azərbaycanda yerli özəl şirkət olaraq fəaliyyətinə davam etməkdədir. Business Insight 1998-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən yerli və xarici şirkətləri, təşkilatları marketinq, sosial araşdırmalar və promo kampaniyalar sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir. Business Insight şirkətinin 1998-ci ildən etibarən müxtəlif sahələrdə fəaliyyət göstərməklə əldə etdiyi geniş biliklər və nou-xau, peşəkar heyət və müasir avadanlıqlar ona öz rəqibləri arasında fərqlənməyə imkan verir. Hər bir layihənin həyata keçirilməsində Business Insight üçün keyfiyyət ən önəmli amildir. Business Insight bütün marketinq, sosial araşdırma layihələrini və promo kampaniyaları ICC/ESOMAR-ın Marketinq və Sosial Araşdırma Təcrübəsi üzrə Məcəlləsində öz əksini tapan ən yüksək peşəkar və etik standartlara və ISO 20252 beynəlxalq standartının tələblərinə müvafiq olaraq həyata keçirir

Business Insight International Research Group — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Office Manager
Müraciət et