İstehsalatda məhsulların keyfiyyətinə nəzarət edir və analitik bacarıqlara malikdir.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Mətbəx, anbar, bar, servis və sanitar sahələrdə mütəmadi yoxlamalar aparmaq;
- Məhsulların qəbulundan istifadəsinə qədər keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq;
- Məhsulların son istifadə tarixini, etiketlənməsini, FIFO/FEFO qaydalarına uyğunluğunu və saxlama temperaturunu yoxlamaq;
- Soyuducu və dondurucuların temperatur göstəricilərinə mütəmadi nəzarət etmək;
- Məhsulların düzgün saxlanılması və qida təhlükəsizliyi tələblərinə uyğunluğunu təmin etmək;
- Mətbəxdə hazırlanan yeməklərin reseptura, texnologiya, dad, görünüş və porsiya standartlarına uyğunluğunu yoxlamaq;
- Gigiyena, təmizlik, dezinfeksiya və qida təhlükəsizliyi tələblərinin icrasını izləmək;
- İşçilərin şəxsi gigiyena, xüsusi geyim və sanitariya qaydalarına riayət etməsinə nəzarət etmək;
- Mətbəx avadanlıqları, iş səthləri, inventar və digər iş sahələrinin təmizliyini yoxlamaq;
- Aşkarlanmış keyfiyyət pozuntularını sənədləşdirmək hesabatlar hazırlamaq;
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- Təkrarlanan problemləri analiz etmək və onların qarşısının alınması ilə bağlı təkliflər vermək;
- Qida itkilərinin və israfın azaldılması istiqamətində nəzarət həyata keçirmək;
- Yoxlamaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək
Namizədə tələblər
- Restoran və ya ictimai iaşə sahəsində 3–5 il iş təcrübəsi;
- Restoranın mətbəx və əməliyyat prosesləri haqqında yaxşı anlayış;
- Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydaları üzrə bilik;
- FIFO/FEFO, məhsulların saxlanma şərtləri və temperatur rejimləri haqqında məlumatlı olmaq;
- Keyfiyyət standartlarına nəzarət və yoxlama aparmaq bacarığı;
- Hesabat və sənədləşdirmə bacarığı;
- Diqqətli, məsuliyyətli və prinsipial yanaşma;
- Analitik düşünmə və problemləri vaxtında müəyyənləşdirmək bacarığı;
- Komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı.
İş şəraiti
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00–18:00;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Restoranımızda keyfiyyət, gigiyena və qida təhlükəsizliyi standartlarının yüksək səviyyədə qorunmasına töhfə verəcək peşəkar namizədləri komandamıza dəvət edirik.
Yalnız restoran, otel sahələrində təcrübəsi olan əməkdaşların müraciyyət etməkləri xahiş olunur
Cvlərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Yerləşmə
Bakı
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Son tarix
1 oktyabr 2026
Şirkət haqqında
Resant Consulting and Management
Hospitality · 1,001-5,000 · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İstehsalatda məhsulların keyfiyyətinə nəzarət edir və analitik bacarıqlara malikdir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti və fit-out işlərinin keyfiyyətinə nəzarət edir, minimum 5 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti sahəsində işlərin təşkilini və keyfiyyətli icrasını təmin etmək üçün 20 ildən çox təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət



