İstehsalatda məhsulların keyfiyyətinə nəzarət edir və analitik bacarıqlara malikdir.
Vakansiya haqqında
Şirkət: Azərbaycan Şəkər İstehsalat Birliyi MMC
Tələblər:
- Ali təhsil (Mexanika, Kimya və ya Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə).
- Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 3 il iş təcrübəsi.
- MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.
- Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
- Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri üstünlükdür)
Vəzifə öhdəlikləri
- İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək.
- Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.
- İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək.
- Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
- Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.
- İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.
- Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq.
- Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq.
- Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək
İş şəraiti
- İş Qrafiki: Növbəli
- İş yeri: İmişli, Azərbaycan Şəkər İstehsalat Birliyi MMC
- Nəqliyyat dəstəyi mövcuddur
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor - İmişli” qeyd etməyiniz xahiş olunur.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Dillər
English, Russian
Son tarix
1 oktyabr 2026
Şirkət haqqında
Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı · Baku
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Azersun Holding — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İstehsalata laboratoriya nəzarəti aparmaq və keyfiyyət planına uyğunluğunu yoxlamaq.
Müraciət etAsan müraciətAsan müraciət
2 500₼
Yol tikintisi işlərini layihə və texniki tələblərə uyğun nəzarət edir, minimum 2 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Şirkətdə əmək münasibətlərini idarə edir və əmək qanunvericiliyini yaxşı bilir.
Müraciət etAsan müraciətAsan müraciət


