Qida məhsullarının keyfiyyətinə nəzarət edir və qida təhlükəsizliyi biliklərinə malikdir.
Vakansiya haqqında
İş yeri: Qum Adası
Əməkhaqqı: 1200–1500 AZN
İş qrafiki: 08:00–18:00
Əsas vəzifələr:
Catering layihəsinin gündəlik fəaliyyətinə tam rəhbərlik etmək və iş proseslərini koordinasiya etmək;
Mətbəx, servis, təmizlik və digər əməkdaşların fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və nəzarətdə saxlamaq;
Menyuya uyğun olaraq gündəlik yemək istehsalının vaxtında və keyfiyyətli həyata keçirilməsini təmin etmək;
Ərzaq və xammalın sifarişi, qəbulu, anbara yerləşdirilməsi, saxlanılması və sərfiyyatına nəzarət etmək;
Anbar qalıqlarını, məhsul hərəkətini və gündəlik sərfiyyatı mütəmadi izləmək;
Məhsulların keyfiyyətinə, son istifadə tarixlərinə və düzgün saxlanma şəraitinə nəzarət etmək;
Qida təhlükəsizliyi, HACCP, sanitariya və gigiyena tələblərinə tam riayət olunmasını təmin etmək;
Ərzaq sərfiyyatının optimallaşdırılması və israfın minimuma endirilməsi üçün tədbirlər görmək;
İşçi heyətinin davamiyyətinə, intizamına və iş keyfiyyətinə nəzarət etmək;
Müştəri tərəfindən müəyyən edilmiş standart və tələblərin yerinə yetirilməsini təmin etmək;
Gündəlik yemək sayı, ərzaq sərfiyyatı, anbar qalığı, personal və digər əməliyyat göstəriciləri üzrə hesabatlar hazırlamaq;
Obyektdə yaranan operativ problemləri vaxtında həll etmək və zəruri hallarda rəhbərliyə məlumat vermək;
Təchizat, logistika və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
Layihənin xidmət keyfiyyətinə və müştəri məmnuniyyətinə birbaşa nəzarət etmək.
Namizədə əsas tələblər:
Catering sahəsində 3–5 il iş təcrübəsi;
Catering obyektinin və ya mətbəx əməliyyatlarının idarə olunması üzrə praktiki təcrübə;
Anbar və ərzaq uçotu üzrə yaxşı biliklər;
Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı;
Ərzaq sərfiyyatı və maya dəyərinə nəzarət bacarığı;
Qida təhlükəsizliyi və HACCP prinsipləri barədə bilik;
Hesabat hazırlamaq və Excel-də işləmək bacarığı;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Yüksək məsuliyyətlilik, intizam və təşkilatçılıq;
Gərgin iş şəraitində və çoxsaylı əməkdaşlarla işləyə bilmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə bazar adətən 700–1 250 ₼ ödəyir, median — 800 ₼.
16 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qida təhlükəsizliyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiyaya zəng edirlər — işəgötürən elanda yalnız nömrə qoyub.
+994554000145Bu vakansiya haqqında suallar
İş yeri Qum Adasıdır.
İş qrafiki 08:00–18:00 saatları arasındadır.
Əməkhaqqı 1200–1500 manat aralığındadır.
3–5 il catering sahəsində iş təcrübəsi tələb olunur.
CV-nizi e-mail adresinə və ya nömrənin vatsapına göndərə bilərsiniz. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQida təhlükəsizliyi üzrə mütəxəssis üzrə digər açıq elanlar.
İçki məhsullarının keyfiyyətini izləyir, prosesləri təkmilləşdirir və texniki dəstək verir.
Qida əlavələrinin hazırlanması və istehsalında texnoloji prosesləri idarə etmək bacarığı tələb olunur.
Mətbəxdə qida təhlükəsizliyi və istehsal proseslərini idarə edir, 5 il təcrübə tələb olunur.



