Tikinti layihələrinin icrasını planlaşdırır, keyfiyyətə nəzarət edir və 3 ildən çox təcrübə tələb olunur.
Vakansiya haqqında
“Azprotein Foods Group” MMC “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Ali təhsil: Qida mühəndisliyi və ya oxşar sahə üzrə
- Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
- Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 3-5 illik iş təcrübəsinin olması
- Rus və İngilis-dilini bilməsi arzu olunandır
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
- MS Office proqramları (Word, Excel, Outlook), 1C proqramı üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi,
- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərini icra etmək,
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək,
- Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzrət və təmin etmək,
- Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək,
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək,
- Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə mlumat vermək,
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək.
İş şəraiti
- Əmək haqqı: 1000 - 1200 manat.
- İş qrafiki: 6 günlük
- İşə başlama saatı: 16:00
- Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Yerləşmə
Bakı
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 200 ₼
Yerləşdirilib
24 avqust 2026
Dillər
Russian, English
Son tarix
24 sentyabr 2026
Şirkət haqqında
Az Protein Foods Group MMC
Food and Beverage Manufacturing · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti layihələrinin planlaşdırılması, koordinasiyası və icrasına texniki dəstək göstərir, inşaat mühəndisliyi üzrə təhsil tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Metal konstruksiyaların keyfiyyətinə nəzarət edir və ISO 9001:2015 sertifikatına malikdir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Mətbəxdə qida təhlükəsizliyi və istehsal proseslərini idarə edir, 5 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət



