İş sahələrinin təhlükəsizliyini yoxlayır və riskləri qiymətləndirir, təhlükəsizlik bilikləri tələb olunur.
Vakansiya haqqında
"SAFETYEVER" MMC artan layihələri ilə əlaqədar SƏTƏM üzrə mütəxəssislərin işə qəbulunu elan edir.
Əsas vəzifələr:
- Gündəlik,həftəlik və aylıq SƏTƏM üzrə hesabatların təqdim edilməsi
- Sahədə yüksək riskli işlər üçün “ İşə İcazə “ vərəqələrinin verilməsi və risk qiymətləndirilməsi prosesində birbaşa iştirak etmək
- Layihədə işçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə biliklərinin mütəmadi olaraq yoxlanılmasının təşkil edilməsi, imtahan və attestasiya proseslərinin idarə olunması.
- Sahələr üzrə planlı SƏTƏM təftişlərinin icra olunması və aşkar edilmiş çatışmazlıqların icrasına nəzarət edilməsi
- Baş verən insidentlərin daxili prosedurlara uyğun araşdırılması, hesabatların tərtibi və düzəliş tədbirlərinin icrasına nəzarət edilməsi
- Sifarişçi şirkətlərin SƏTƏM üzrə mütəmadi sorğularının cavablandırılması və koordinasiyanın təmin edilməsi.
- Podratçıların fəaliyyətinin SƏTƏM qaydalarına uyğunluğunun təmin edilməsi, birgə təftişlərin keçirilməsi və podratçı şirkətlərlə koordinasiyanın qurulması
- Layihə heyətinə SƏTƏM qaydaları və təhlükəsiz iş metodları barədə zəruri təlimatların keçirilməsi və işçilərin məlumatlılıq səviyyəsinin artırılması
- Şirkətin daxili SƏTƏM siyasətinin, prosedur, təlimat və qaydalarının layihə sahəsində tam tətbiq olunmasının təmin edilməsi
Namizədə Tələblər:
- Ali təhsil (Fövqəladə Hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə üstünlükdür)
- SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi
- Aidiyyəti sahə üzrə sertifikatların mövcudluğu (üstünlükdür)
- Əmək qanunvericiliyi və SƏTƏM standartlarını bilmək
- Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq
Əmək şəraiti:
- İş rejimi: Növbəli (15/15)
- İş saatları: 08:00-20:00
- İş yeri: Daşkəsən və Göygöl rayonu
- Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
Təminatlar:
- Qalmaq yeri şirkət tərəfindən təmin olunur
- Gün ərzində 3 dəfə qidalanmaq şirkət tərəfindən qarşılanır.
Tələblərə uyğun gələn namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə bazar adətən 700–1 250 ₼ ödəyir, median — 800 ₼.
17 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qida təhlükəsizliyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Daşkəsən və Göygöl rayonlarında yerləşir.
Növbəli iş rejimi (15/15), saat 08:00-20:00-dır.
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.
Namizəddən SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
CV-lər mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQida təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət edir, ən azı 3 il təcrübəsi var.
İçki məhsullarının keyfiyyətini izləyir, prosesləri təkmilləşdirir və texniki dəstək verir.
İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin təminini və SƏTƏM proseslərinin idarəsini həyata keçirir.




