Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 800–2 000 ₼
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
7 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Restoran üzrə gündəlik, həftəlik və aylıq əməliyyat checklistlərinin hazırlanması, tətbiqi və icrasına nəzarət edilməsi;
  • Kabinet və zal xidmətinin düzgün koordinasiya edilməsi, rezervasiya axınına və qonaq yerləşdirilməsinə nəzarət edilməsi;
  • Banket, özəl tədbir və qrup rezervasiyaları üçün menyuların hazırlanmasında iştirak və xidmət prosesinin idarə olunması;
  • Banket və tədbirlər zamanı personal bölgüsünün, xidmət ardıcıllığının, masa düzülüşünün və qonaq qarşılanmasının təşkil edilməsi;
  • Satışların artırılması məqsədilə əlavə satış, menyu təqdimatı və xidmət keyfiyyəti üzrə personalın yönləndirilməsi;
  • Müştəri məmnuniyyətinin təmin olunması və şikayətlərin operativ həll edilməsi;
  • Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edilməsi;
  • Kassa əməliyyatlarına nəzarət edilməsi;
  • Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin edilməsi;
  • Təchizat və inventarın idarə edilməsi;
  • İşçi heyətinin seçilməsində, yeni namizədlərlə müsahibələrin keçirilməsində, əməkdaşların təlimatlandırılmasında və adaptasiya prosesinin idarə olunmasında iştirak edilməsi;
  • İşçi heyətinin iş qrafikinin təşkili və nəzarət edilməsi;
  • Personalın xidmət keyfiyyəti, menyu təqdimatı, satış yönümlü xidmət və daxili prosedurlar üzrə bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi, təlim ehtiyaclarının müəyyən olunması və inkişaf etdirilməsi;
  • İşçi heyətinə xidmət standartları, satış yanaşması, müştəri ilə ünsiyyət və daxili prosedurlar üzrə mütəmadi təlimlərin keçirilməsi;
  • Daxili qaydaların, xidmət standartlarının və şirkət prosedurlarının bütün heyət tərəfindən icra olunmasına nəzarət edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və şirkət standartlarına uyğun icra olunmasının təmin edilməsi;
  • Gün sonu hesabatlarının, növbə təhvil-təslim qeydlərinin və əməliyyat nəticələrinin rəhbərliyə təqdim olunması;
  • Anbar sayımlarında iştirak edilməsi.

Kvalifikasiya tələbləri:

  • Təhsil: Ali təhsil;
  • İş təcrübəsi: Kabinet sistemi ilə fəaliyyət göstərən lounge/restoran konseptlərində, həmçinin ümumi restoran əməliyyatlarının idarə olunması sahəsində minimum 3 il rəhbər və ya menecer vəzifəsində iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Restoran əməliyyatlarının idarə olunması bacarığı;
  • Restoran servis standartları və xidmət keyfiyyəti üzrə biliklər;
  • Müvafiq proqram təminatları ilə işləmək bacarığı;
  • Gigiyena və sanitariya standartları (HACCP əsasları);
  • Liderlik və komanda idarəetmə bacarığı;
  • Müştəriyönümlü yanaşma və ünsiyyət qabiliyyəti;
  • Problem həll etmə və operativ qərarvermə bacarığı;
  • Detallara diqqə etmə bacarığı;
  • Ofis proqramları ilə işləmə bacarığı;
  • Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür.

Təklif edirik:

  • Əmək haqqı: 1800 – 2000 AZN (sabit maaş + Satışdan əlavə faiz qazancı);
    Əlavə olaraq KPI üzrə bonuslarla və yüksək gəlir imkanı ;
  • İş qrafiki: 6 günlük iş qrafiki;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 800–2 000 ₼
Restoran meneceri
Müraciət et