Vakansiya haqqında

Əsas öhdəliklər:

  • Qonaqların gülərüz və peşəkar şəkildə qarşılanması və yola salınması;
  • Rezervasiyaların qəbul edilməsi, qeydiyyatı və düzgün idarə olunması;
  • Qonaqların masa rezervasiyalarına uyğun yönləndirilməsi;
  • Telefon və WhatsApp vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması;
  • Restoranın xidmətləri, menyusu və mövcud kampaniyaları barədə qonaqlara məlumat verilməsi;
  • Rezervasiya və qonaq məlumatlarının düzgün qeydiyyatının aparılması;
  • Xüsusi qonaq istəklərinin aidiyyəti əməkdaşlara vaxtında ötürülməsi;
  • Ofisiant, menecer və digər xidmət heyəti ilə koordinasiyalı işləmək;
  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsinə dəstək göstərmək.

Kvalifikasiya tələbləri:

  • Təhsil: Orta ixtisas və ya ali təhsil;
  • Resepsionist, hostess və ya müştəri xidməti sahəsində iş təcrübəsinə üstünlük verilir;
  • Restoran və hospitality sahəsində iş təcrübəsi arzuolunandır.

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
  • Səlis və nəzakətli nitq;
  • Müştəriyönümlü və pozitiv yanaşma;
  • Gülərüz və baxımlı xarici görünüş;
  • Operativlik və təşkilatçılıq bacarığı;
  • Stressli və intensiv iş mühitində işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət.

Təklif edirik:

  • Əmək haqqı: 600 AZN + bonus;
  • İstirahət: Həftədə 1 gün;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Rəsmi əmək müqaviləsi;
  • Bonus və motivasiya sistemi;
  • Stabil və peşəkar iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanı.

İş yeri: Bakı şəhəri, Elmlər Akademiyası ərazisi.

Tələblərə cavab verən namizədlər CV-lərini və ya özləri haqqında qısa məlumatı “Resepsionist” başlığı ilə 070 751 51 80 / 050 574 41 92 nömrələrinə WhatsApp vasitəsilə göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600 ₼
Yerləşdirilib
21 avqust 2026
Son tarix
21 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

jobU
Middle · 1–2 ilGəncə
Maaş göstərilməyib

Müştərilərlə görüşərək kredit ehtiyaclarını qiymətləndirir və satışını həyata keçirir

Financial AnalysisPresentationNegotiationReport Preparation+12
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
600 ₼
Resepsionist
Müraciət et