Satınalma üzrə mütəxəssis

Uğur İndustry MMC

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
17 avqust 2026

Vakansiya haqqında

​​​​İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Ali təhsil;
  • MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsi olmalı;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Struktur bölmələrdən daxil olan sorğulara əsasən mal-material və xidmətlərin axtarışının icra edilməsi;
  • Təchizatçılardan qiymət təkliflərinin alınması, müqayisə edilməsi, dəyərləndirilməsi;
  • Təchizatçılarla yazılı və şifahi əlaqələrin aparılması;
  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanılması;
  • Təchiz ediləcək mal-materialların və xidmətlərin müqayisəli şəkildə, ən sərfəli qiymət, keyfiyyət və şərtlərlə rəhbərliyin təsdiqinə təqdim edilməsi;
  • Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin hazırlanıb, icra edilməsi;
  • Mal-material alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi;
  • Sifarişlərin statusunun mütəmadi olaraq izlənilməsi və müvafiq hesabatlarda qeyd edilməsi;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət edilməsi, onların qəbulunda iştirak edilməsi və anbara təhvil verilməsinin həyata keçirilməsi;
  • Satınalma prosesi üzrə alınmış mal-materialların qeydiyyatının aparılması, hesab-fakturaların hazırlanması və işlənilməsi;
  • Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riyaət edilməsi;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • Korporativ nömrə ilə təmin edilir;
  • Avtomobil ilə təmin edilir (mexaniki sürətlər qutusu);
  • Yanacaq limiti ilə təmin edilir;
  • Əmək haqqı: Razılaşma əsasında təyin olunur;

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satınalma üzrə mütəxəssis
Müraciət et