Təchizat və satınalma üzrə mütəxəssis

Baku Elektrik MMC

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 500 ₼
Yerləşdirilib
16 iyun 2026
Dillər
Azerbaijani, Russian

Vakansiya haqqında

İş yeri: Çinar Park Plaza – Bakı, Əhməd Rəcəbli 1/25

İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00 – 18:00

Müraciət üçün:

Diqqət:

Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş ediləcək

Zəng vasitəsilə müraciətlər qəbul olunmur

Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil

Vəzifə öhdəlikləri

Şöbələrdən daxil olan sifarişlərin qəbul edilməsi, təhlili və təsdiq prosesindən sonra icrasının təmin olunması

Sifarişlərin keyfiyyətli və sərfəli qiymətlə mal-material, iş və xidmətlə təmin edilməsi

Alınan malların standartlara və texniki tələblərə uyğunluğuna nəzarət edilməsi

Tədarükçülərin araşdırılması, qiymətləndirilməsi və yeni əməkdaşlıqların qurulması

Mal-materiallar üzrə mütəmadi bazar və qiymət araşdırmalarının aparılması

Tədarükçülərlə müqavilələrin hazırlanması və bağlanmasının təmin edilməsi

Ödənişlərin həyata keçirilməsinin təmin olunması

Alınan və göndərilən sifarişlərin sənədlərinin təmin edilməsi

Müqavilələrin və sifarişlərin statusunun izlənməsi

Aşağıdakı istiqamətlər üzrə məhsulların yerli bazardan satın alınmasının həyata keçirilməsi:

İT texniki təminat malları

Təmir-tikinti materialları

Mebel və digər inventarlar

Tələblər

Ali təhsil (iqtisadiyyat, logistika, menecment və ya texniki ixtisaslara üstünlük verilir)

Təchizat sahəsində minimum 1 il iş təcrübəsi

Azərbaycan dilini səlis bilmək (rus dili üstünlükdür)

MS Office proqramlarında işləmək bacarığı (Excel, 1C)

Güclü analitik düşünmə, danışıqlar aparma və vaxtın idarə olunması bacarığı

Məsuliyyətli, detallara diqqətli və komanda ilə effektiv işləmə bacarığı

Nəqliyyatın idarə olunması bacarığı

Düzgün yönləndirmə bacarığı

Şəhəri və yolları mükəmməl tanımaq bacarığı

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
800–1 500 ₼
Təchizat və satınalma üzrə mütəxəssis
Müraciət et