Satınalma və inzibati şöbə rəhbəri

Milli Kibertəhlükəsizlik Agentliyi

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
2 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətini planlaşdırmaq, təşkil və idarə etmək;
  • Qurumun illik satınalma planının hazırlanmasını və icrasını təmin etmək;
  • Dövlət satınalmalarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkil edilməsinə rəhbərlik etmək;
  • Satınalma prosedurlarının qanunvericiliyin tələbinə uyğun həyata keçirilməsini təmin etmək;
  • Texniki tapşırıqların, tender sənədlərinin və müqavilələrin hazırlanması prosesini koordinasiya etmək;
  • Satınalma müqavilələrinin icrasına nəzarət etmək və təchizatçılarla münasibətləri idarə etmək;
  • İnzibati işlərin, o cümlədən ofis təsərrüfatı, inventar, nəqliyyat, kommunal xidmətlər və digər inzibati proseslərin idarə olunmasını təmin etmək;
  • Şöbənin fəaliyyətinə dair hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
  • Şöbə əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, inkişafını dəstəkləmək və iş bölgüsünü həyata keçirmək;
  • Satınalma və inzibati fəaliyyət sahəsində riskləri müəyyən etmək və onların minimuma endirilməsi üçün tədbirlər görmək.

Tələblər:

  • Ali təhsil;
  • Satınalma və ya inzibati idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi;
  • Dövlət və ya publik hüquqi şəxslərdə iş təcrübəsi mütləqdir;
  • "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununu və satınalmaları tənzimləyən digər normativ hüquqi aktları dərindən bilməli;
  • Elektron satınalma sistemi ilə işləmək bacarığı;
  • İnzibati idarəetmə və təsərrüfat fəaliyyətinin təşkili üzrə praktiki təcrübə;
  • İngilis dili biliyi.

İş şərtləri:

  • İş qrafiki: Tam iş günü (5 gün).
  • İş saatları: 09:00-18:00.
  • İş yeri: Bakı

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satınalma və inzibati şöbə rəhbəri
Müraciət et